Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Adil Əliyev uyğur qətliamlarına etiraz etdi

Adil Əliyev uyğur qətliamlarına etiraz etdi

Adil Əliyev: “Əsl insan hüquqları Çində uyğurların başına gətirilən faciələrlə pozulur”

“Türk dünyası buna biganə qalmamalıdır”

Son zamanlar mediada və sosial şəbəkələrdə Çin hökumətinin müsəlmanlara zülm etməsi ilə bağlı şəkil və paylaşmalar çoxalıb.
Çin hökumətinin uyğurlara oruc tutmağı qadağan etdiyi, oruc tutanlara zorla su içirildiyi, yalnız müsəlman olduqları üçün insanların işgəncəyə məruz qaldığı haqda çoxsaylı məlumatlar yayılır. Hətta bununla da kifayətlənmir, uyğur müsəlmanlarına dəstək aksiyalarına, maddi yardımlara, “kommunist Çinin müsəlman uyğurlara zülmünə” seyrçi qalmamağa səsləyirlər. Yayılan məlumatlardan da görünür ki, vəziyyət olduqca acınacaqlıdır. Belə vəziyyət Azərbaycan cəmiyyətini də ciddi narahat edir. Bu günlərdə Çinin Bakıdakı səfirliyinin binası qarşısında aksiya keçirilib. Təxminən 70-ə yaxın gənc Çində yaşayan uyğur türklərinə qarşı aparılan siyasətə etirazlarını bildiriblər. Millətçi Gənclər Təşkilatının üzvləri səfirliyin önündə müxtəlif şüarlar yazılmış plakatlar qaldırıblar.
Polis dinc aksiyaya müdaxilə etməyib. Sadəcə, yolun hərəkət hissəsini boşaltmağı tələb edib. Sonra aksiyanın bəyanatı oxunub. Bəyanat səfirliyin nümayəndəsinə təqdim olunduqdan sonra piket başa çatıb.
Aksiyanin etiraz bəyanatında rəsmi Pekindən uyğurlara qarşı təqib və təzyiqlərin aradan qaldırılması, onların haqlarının tanınması tələb olunur:
“Son zamanlar Çində etnik zəmində uyğur türklərinə qarşı şovinist siyasət yürüdülür. Çində yaşayan uyğur türkləri təqib və təzyiqlərə məruz qalırlar. Hətta yüzlərlə uyğur türkü siyasi baxışlarına görə öldürülür. Bundan başqa, onların haqları kobud şəkildə tapdanır. Biz Millətçi Gənclər Təşkilatı olaraq uyğur türklərinə qarşı aparılan yanlış siyasətə, təqiblərə son qoyulmasını tələb edirik”.
Millət vəkili Adil Əliyev Çində uyğur türklərinə qarşı aparılan siyasəti qətiyyətlə pislədiyini bildirdi:

“Bu gün onlar müsəlman və türk olduqları üçün vəhşiliklərə məruz qalır. 60 ildən çoxdur ki, uyğur türkləri ədalətsizliklə üz-üzədir. Hazırda öz milli haqlarını itərmək təhlükəsi ilə yaşayan uyğurlar qorxu içindədir.
Təəssüf ki, XXI əsrdə də insanlar dini və milli ayrıseçkiliyə məruz qalaraq ağır işgəncələr altında yaşayır. Bu gün adlarını beynəlxalq təşkilat qoyub, demokratiya, insan haqları ilə bağlı bəyanatlar verirlər. Əsl insan hüquqları Çində uyğurların başına gətirilən faciələrlə pozulur. Belə qurumlar Çində yaşanan hadisələrə biganə qalır. Türk dünyası buna biganə qalmamalı, öz qardaş və bacılarının müdafiəsini beynəlxalq səviyyədə aparmalıdır. Allah zülm edənlərin bəlasını versin”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın