Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / ADİL ƏLİYEV  RƏQİBİ ASLAN İSMAYILOVA “CÜCƏNİ PAYIZDA SAYARLAR” DEDİ – QALMAQAL

ADİL ƏLİYEV  RƏQİBİ ASLAN İSMAYILOVA “CÜCƏNİ PAYIZDA SAYARLAR” DEDİ – QALMAQAL

Azinforum.az xəbər verir ki, 20 saylı Nərimanov ikinci seçki dairəsində mübarizə gərgin xarakter almağa başlayıb. Belə ki, hazırda həmin dairədən mandat daşıyan Adil Əliyev adını çəkmədiyi oponentlərindən birinə sərt ismarıc ünvanlayıb. Ancaq fikirlərdən məlumdur ki, o,  üzünü vəkil Aslan İsmayılova tutaraq bu sözləri deyir.  Azinforum.az Adil Əliyevin fikirlərini təqdim edir:

“Əziz soydaşlarım, bildiyiniz kimi 2005 və 2010-cu ildə olduğu kimi yenə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədəm. Qələbəmə zərrə qədər də şübhəm yoxdur. Çünki həm dairəmin insanlarını tanıyıram, həm də illərdir onların problemlərinin həlli ilə məşğulam. Mən bəzi rəqiblərim kimi seçicilərimi seçkidən seçkiyə xatırlamıram. Hər zaman onların yanındayam. Qərargahımın qapısı 10 ildir seçicilərimin üzünə açıqdır. Bu gün seçki kampaniyasına başladım. Rəqiblərimə də uğurlu seçki kampaniyası arzulayıram. Ancaq rəqiblərimdən biri artıq ilk gündən suyu bulandırmağa başlayıb.
Mən real aləmdə mübarizəyə başlayarkən, mitinqlərə start verərkən, seçicilərimin dərdlərini dinləyərkən, o virtual aləmdə varlığını göstərməyə çalışır. Saytların birində dairələr üzrə virtual səsvermə keçirilir. O da indidən haray-həşir salıb ki, bəs qoymayın sayta müdaxilə olub “mənim səslərimi” oğurlayıblar. Birincisi, həmin saytı mən və tərəfdarlarım da izləyir, sayta girişdə heç bir problemlə rastlaşmadıq, indi də işləyir. İkincisi, millət vəkili virtual səsvermədə yox, real səsvermədə müəyyənləşəcək. Bunu mən iki dəfə həmin şəxsə də sübut etmişəm. Hətta öz ətrafı da etiraf edib ki, dairənin əsl qalibi Adil Əliyevdir. Üçüncüsü, bildiyim qədəri ilə virtual səsvermə seçkiqabağı təşviqat üçün nəzərdə tutulan müddətdə aparılacaq. Necə deyərlər, cücəni payızda sayarlar. “Mübarizəni kişi kimi apararlar” deyən rəqibimin diqqətinə onu da çatdırıram ki, dairəmizdən deputatlığa 9 namizəddən 3-ü xanımdır. Kişilikdən danışarkən, onların hüquqlarını pozmasın. Mən isə ondan fərqli olaraq bütün rəqiblərimə mərdanə mübarizə aruzlayıram”.

M.MİRZƏ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın