Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Adı seks qalmaqalında hallanan futbolçu Azərbaycan vətəndaşlığından çıxdı

Adı seks qalmaqalında hallanan futbolçu Azərbaycan vətəndaşlığından çıxdı

Azərbaycan millisinin sabiq futbolçusu Pərdis Fərcad-Azad Azərbaycan vətəndaşlığından çıxıb.

Unikal.org-un məlumatına görə, bu barədə “wikipedia” ensiklopediyasında idmançı haqqında yerləşdirilən informasiyada deyilir.

Bildirilir ki, 2012-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edən oyunçu indi İran vətəndaşıdır.

Qeyd edək ki, Cənubi Azərbaycan əsilli oyunçu 2013-cü ildə futbol üzrə milli komandamızın heyətinə cəlb olunarkən Almaniya vətəndaşlığından imtina edərək Azərbaycan vətəndaşlığını qəbul etmişdi.

O, 2016-cı ilin sonlarınadək millimizin üzvü olub. İdmançı 2019-cu ildə  Almaniyanın  “Viktoriya” (Berlin) klubuna  keçib.

Xatırladaq ki, Pərdis Fərcad-Azad  Azərbaycanda “Sumqayıt”, “Keşlə” və “Zirə” klublarında oynayıb.


Qeyd edək ki, bir neçə il əvvəl Pərdis Fərcad-Azadla bağlı intim görüntülər ortaya çıxmışdı. Belə ki, alman model Cina-Liza Lofink 4 il öncə Berlin məhkəməsinə müraciət edib. 30 yaşlı model iki nəfərin onu təcavüz etdiyini bildirmişdi. Həmin şəxslərdən biri kimi də Pərdisin adını qeyd etmişdi. Uzun müddət davam edən məhkəmə prosesinin qərarı ilə  futbolçu 2000 avro məbləğində cərimələnmişdi.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …