Ana səhifə / Cəmiyyət / ADBTİA-da “yığım” prosesinə start verildi – Rektor tapşırıq verib

ADBTİA-da “yığım” prosesinə start verildi – Rektor tapşırıq verib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) son illər medianın gündəmindən düşməyən ali təhsil müəssisələri sırasında yer alır.

Azsiyasət.com xəbər verir ki, akademiyada maddi maraqlar uğrunda baş verən daxili intriqalar təhsilin keyfiyyətini, universitetin reytinqini aşağı salmaqla bərabər, həm də son illər universitetin maddi-texniki bazasına və təmirinə yatırılmış milyonlarla manat dövlət vəsaitininin havaya sovrulması anlamına gətirir.

Böyük tarixi keçmişi və əsas etibarilə çalışqan, savadlı pedoqoji kollektivinin olmasına baxmayaraq, bu gün akademiya ciddi formada tənəzzül dövrünü yaşayır. ADBTİA-da baş verən rüşvət yığımları, rəhbərlik tərəfindən müəllim və tələbələrə qarşı yol verilən haqsızlıqlar və digər qanun pozuntuları barədə kütləvi informasiya vasitələrində tez-tez rast gəlinməsinə baxmayaraq, akademiyanın rektoru Fuad Hacıyev “burada mənəm, Bağdadda kor xəlifə” prinsipini üstün tutur.

Məlum olduğu kimi ali təhsil və orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar sırasına xüsusi qabiliyyət tələb edən ixtisaslar da daxildir. Ali təhsil müəssisələrinin Təsviri sənət, Musiqi sənəti, teatr, kino, xareoqrafiya sənətləri, Bədən tərbiyəsi və idman istiqamətləri xüsusi qabiliyyət tələb edən ixtisasları 5-ci qrupuna daxildir.

Qaydalara əsasən, 5-ci ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tam orta (11 illik) təhsil səviyyəsini əvvəlki illərdə bitirən abitruyentlər qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrə əsasən iştirak edirlər.Yəni burada bilik meyarı əsas rol oynamır, əsas qabiliyyət imtahanıdır.

Tələbənin idmançı olması və s. rol oynayır.

Məlumata görə, bu gün İdman akademiyasında rüşvət gücünə həll oluna bilməyəcək heç bir məsələ yoxdur. Xüsusilə hazırda akademiyada keçirilən qəbul imtahanları ilə bağlı çoxsaylı narazılıq yaranıb. Müəyyən edilmiş məbləğləri ödəmiş tələbələr həttaturnikdə bir dəfə çəkinmək qabiliyyətində olmasalar belə, “qabiliyyət imtahan”larını müvəffəqiyyətlə verirlər.

ADBTİA-ya qəbulla bağlı qabiliyyət imtahanından keçmək üçün qiymətlər 4000-4500 manat intervalı arasındadır.

Akademiyanın rektoru Fuad Hacıyev bu işləri ADBTİA-nın elmi katibi Bəxtiyar Rüstəmova həvalə edib. Qabiliyyət imtahanı ilə bağlı rüşvət yığımı elmi katibin kabinetində həyata keçirilir.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …