Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Abxaziyadan Ermənistana 20 terrorçu gəlib- FOTO

Abxaziyadan Ermənistana 20 terrorçu gəlib- FOTO

Türkiyə və Azərbaycanı əsassız olaraq Qarabağa “muzdlu döyüşçülər” gətirməkdə ittiham edən terrorçu Ermənistan dövləti muzdlularla əməkdaşlığını açıq-aşkar nümayiş etdirməkdədir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, 6 noyabrda Abxaziyadan bir qrup terrorçu Azərbaycana qarşı döyüşmək üçün İrəvana gəlib. “Amşen” adlı “könüllü erməni dəstəsi”nin üzvləri bu gün Ermənistana qaçan Qarabağın baş terrorçusu Araik Arutyunyanla görüşüblər. Bu barədə Arutyunyanın feysbuk səhifəsində paylaşım edilib.

Abxaziya erməni icmasının rəhbəri Qalust Trapizonyan deyib ki, ilkin olaraq 20 nəfər Ermənistana yardım üçün gedib, amma ehtiyac olarsa, yeni dəstələr də döyüş bölgəsinə göndərilə bilər.

Bu fakt bir daha kimin muzlu-terrorçu qruplaşmalarla əməkdaşlıq etdiyini sübut edir.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …