Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Abutalıbovun bağlatdırdığı “26-lar” kafesi yenidən açıldı (FOTO)

Abutalıbovun bağlatdırdığı “26-lar” kafesi yenidən açıldı (FOTO)

Təxminən bir il əvvəl Azərbaycan Yazıçılar Birliyinin nəzdində olan və icarəyə verilmiş kafe yeni adla fəaliyyətə başlayacaq.
Hafta.az verdiyi xəbərə görə “26-Twenty Five” kafesi “13” adı ilə fəaliyyətə hazırlaşır. Belə ki, fotolardan da göründüyü kimi artıq kafenin üzərində 13 rəqəmini simvolizə edən lövhə vurulub. Yaxında fəlaiyyətə başlayacağını əks etdirən şəffaf örtük çəkilib.
Qeyd edək ki, təxminən 1 il əvvəl Yazıçılar Birliyinin inzibati binasında yerləşən başıbəlalı kafe sovet rejiminin “fədailəri” hesab edilən “26 Bakı kommisarının” “şərəfinə” adlandırılması ittihamı ilə bağlanmışdı. Hətta kafenin o zamankı sahibi saxlanılmış, məsələyə Bakı Şəhər İcra Hakimiyyəti səviyyəsində müdaxilə edilmişdi.

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …