Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Abşeronda təbliğat işləri səsgücləndirici qurğular vasitələrlə aparılır — FOTOLAR

Abşeronda təbliğat işləri səsgücləndirici qurğular vasitələrlə aparılır — FOTOLAR

Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq tətbiq edilən xüsusi karantin rejimi gücləndirilib. 

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması və səmərəliliyinin daha da artırılması məqsədi ilə bu gün də Abşeron rayonu ərazisində geniş maarifləndirmə tədbirləri həyata keçirilib. 

Təbliğat işləri Xırdalan şəhəri də daxil olmaqla, rayonun 15 kənd və qəsəbəsini əhatə edib. 


Rayon İcra Hakimiyyətinin başçısı yanında yaradılan operativ qərargahın tərtib etdiyi qrafikə uyğun olaraq kənd və qəsəbə icra nümayəndələri, bələdiyyə üzvləri və könüllülər küçə-küçə, ev-ev gəzərək əhali arasında maarifləndirmə tədbirləri görüblər. Əhaliyə spirt və qoruyucu maskalar paylanılıb. 


Səsgücləndirici qurğular quraşdırılmış xüsusi avtomobillər vasitəsi ilə rayonun Xırdalan, Mehdiabad, Novxanı, Masazır və digər ərazilərində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələri sakinlərin diqqətinə çatdırılıb.


Bununla yanaşı olaraq rayonu ərazisində həyata keçirilən “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiyada uğurla davam etdirilməkdədir. Yaşı 65-dən yuxarı olan kimsəsiz ahıllara baş çəkilib, onların hər biri lazimi sosial xidmətlərlə təmin olunub.


Qeyd edək ki, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və “Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə başlanan sözügedən aksiya ilə əlaqədar olaraq Abşeron rayon İcra Hakimiyyətinin və 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə millət vəkili Şahin Seyidzadənin birgə təşkilatçılığı ilə “könüllü qərargahı” yaradılıb. 


Qərargahın yaradılmasında əsas məqsəd Abşeron rayonu ərazisində yaşayan və yaşı 65-dən yuxarı olan tənha vətəndaşları sosial qayğı ilə əhatə etmək, onlara sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas təlabat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə lazimi köməklik göstərilməsidir. 


Müraciət üçün: 142 Çağrı mərkəzi (İş saatı həftə içi hər gün 10:00 – 16:00)


#böyüklərimiziqoruyaq #Covid19 #coronavirus #koronavirus #evdəqal #birkönüllü



16:00)




















Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …