Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / ABŞ əleyhinə qanun layihəsi parlamentə təqdim olundu

ABŞ əleyhinə qanun layihəsi parlamentə təqdim olundu

Spiker konkret tapşırıq verdi

Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası öz işinə başlayıb. Spiker Oqtay Əsədov ilin son iclası olduğu üçün cari məsələlər ətrafında çıxış etməyə şərait yaratdı.

İlk söz alan deputat Rövşən Rzayev gözlənildiyi kimi, ABŞ-a qarşı sanksiyaları nəzərdə tutuan qanun layihəsini təqdim etdi. “Mən Milli Məclisin deputatı kimi, öz konstitusion hüquqlarımdan istifadə edərək qərar layihəsi hazırlamışam” – deyən deputat əlavə etdi ki, bu, ABŞ Konqresinə Azərbaycanla bağlı təqdim olunan qərəzli qətnamə layihəsinə cavabdır. Deputat bildirdi ki, əslində o, Dağlıq Qarabağın Azərbaycan icmasının İdarə Heyətinin üzvü kimi hazırlayıb: “Nəyə görə ABŞ Azərbaycana qarşı törədilən faciələrə, Xocalı soyqırımına bir dəfə də olsun münasibət bildirməyib? ABŞ-ın özündə insan hüquqları kifayət qədər pozulur, bu barədə mənim hazırladığım qərar layihəsində də əksini tapıb”. R.Rzayev spikerdən xahiş etdi ki, o, qərar layihəsinin daha təkmil formada hazırlanması və Milli Məclisin komitəsində müzakirə olunmasına göstəriş versin.

Spiker O.Əsədov qərar layihəsini Milli Məclisin aparat rəhbəri Səfa Mirzəyevə təqdim etməyi tövsiyə etdi. Eyni zamanda Bahar Muradova, Səməd Seyidov və Əli Hüseynlinin rəhbərlik etdiyi birgə komitələrin müzakirəsinə çıxarılması barədə tapşırıq verdi.

Çıxış edən deputat Xanhüseyn Kazımlı da R.Rzayevin təklifini müdafiə etdi. “Bizim ermənilərin təşəbbüslərinə qarşı səsimizi ucaltmağımız olduqca vacibdir”, – deyən deputat Azərbaycan torpaqlarının zaman-zaman işğal olunması ilə bağlı parlamentdə ayrıca müzakirə təşkil olunması barədə də təklif verdi.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın