Ana səhifə / Cəmiyyət / “Abituriyentlər DİM-in saytından baş açmır, say azalır…” – Ekspertdən etiraz

“Abituriyentlər DİM-in saytından baş açmır, say azalır…” – Ekspertdən etiraz

“2016-cı ildə ölkə başçısının sərəncamı ilə TQDK ləğv olundu və onun yerinə publik hüquqi şəxs olan DİM yarandı. Yeni yaranmış qrumun göstərdiyi elektron xidmətlər sələflərindən ciddi şəkildə fərqləndi”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında DİM-in saytında qeydiyyatın çox qəliz olmasını şərh edən təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, DİM-in göstərdiyi xidmətlərdən istifadə etmək istəyənlərin qeydiyyatdan keçmə proseduru xeyli çətinləşib:

“Təsəvvür edin ki, qəbul imtahanlarında iştirak etmək istəyən şəxs ilk növbədə özüvə DİM-in rəsmi saytında şəxsi kabinet açmalıdır. Ondan sonra həmən şəxsi kabinetin istifadəçi adı və parolu ilə elektron ərizəsini doldurmalıdır. Bununla hələ qeydiyyatdan keçmə prosesi bitmir. Doldurulmuş elektron ərizənin təstiq edilməsi üçün şəxsi kabinet balansında vəsait, göstərilən xidmətlərin haqqı məbləğində pul olmalıdır. Hesaba pulun əlavə edilməsi prosesi isə çox çətindir. Belə ki, əgər qeydiyyatdan keçmək istəyən şəxsin bank kartı yoxdursa, o zaman o Milli Ön ödəmə terminallarından Portmanat kod almalı, ardınca onu saytdan Hesaba köçürdükdən sonra elektron ərizəsini təsdiq etməlidir”.

Ekspert bildirib ki, Elektron xidmətlərin təşkilinin çətin olması qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin sayına kəskin şəkildə təsir göstərib: “Əgər 2010-cu il 110 min abituriyent ərizə təqdim etmişdisə, bu il, 2018-ci ildə bu rəqəm, hələ ki, 60 min nəfərə yaxındır”.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadəbildiriib ki, qeydiyyat elektron qaydada aparılır və ona görə də abituriyenlər müəyyən təlimatlarda olan qaydalara əməl etməlidirlər:

“Həmin təlimatları oxuyub tanış olmaq lazımdır. Orada şəxsi kabinetin necə yaradılması, abituriyentin elektron ərizəni hansı formada doldurması barədə məlumatlar saytımızda yerləşdirilib. Bundan əlavə, “Abitiriyent” jurnalında da təlimatı bir daha onların diqqətinə çatdırmışıq. Yəni şəxsi kabinet yaratmaq üçün şəxsiyyət vəsiqəsinin məlumatları lazımdır. Burda başqa hər hansı çətinlik yoxdur. Kabineti yaratdıqdan sonra isə saytımızın ön səhifəsində “Abituriyentin elektron ərizəsi” formaya daxil olub, istifadəçi adı, parolu yazaraq istədikləri qrupu, kollecə qəbul olmaq istədiklərini seçib, ərizələrini təsdiq edirlər. Burda hər hansı bir çətinlik yoxdur. Sadəcə, elektron xidmətdən istifadə etmək üçün təlimatlarla tanış olmaq lazımdır”.

Xatırladaq ki, bu ilin məzunları ilk imtahanda ödənişdən (40 manat) azaddır. Əgər abituriyent nəticəsindən razı qalmazsa, 2-ci imtahanda iştirak edib-etməmək barədə qərarını 17 may-6 iyun aralığında müəyyən edərək yenidən qeydiyyatdan keçib, 40 manat ödədikdən sonra ikinci dəfə imtahan verə bilər. Ötən illərin məzunları hər iki imtahanda ödəniş etməlidirlər.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …