Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Abid Şərifovun səhhəti pisləşdi

Abid Şərifovun səhhəti pisləşdi

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhəti pisləşib.

Bu barədə Manset.az məlumat yayıb.

Bildirilir ki, Abid Şərifov böyrəklərində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilsə də, orda çoxsaylı problemlərinin olduğu ortaya çıxıb.

Bu barədə açıqlama verən Baş nazirin sabiq müavini vurğulayıb ki, koronavirusa görə xəstəxanada yatmaqdan imtina edib, müalicəsini evdə davam etdirir:

“Hazırda vəziyyətim pisdir. Xəstəxanaya getdim. Virusa görə imtina elədim, evdə müalicə alıram. Yanaşı problemlərim çoxdur. Saymaqla qurtarmaz”.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …