Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Abid Şərifovun nəvəsi Londonda yeni şirkət açdı — FOTO

Abid Şərifovun nəvəsi Londonda yeni şirkət açdı — FOTO

Baş nazirin keçmiş müavini Abid Şərifovun Böyük Britaniyada yaşayan nəvəsi Nicat Mahmudov bu il fevralın 14-də Londonda ikinci şirkətini qeydiyyatdan keçirib.
 
Bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həsənli qeyd edib ki, “Londoncapsule” limited İngiltərə paytaxtının Durweston Street 17 ünvanında hüquqi qeydiyyata alınıb. Şirkət Britaniya paytaxtında brend geyimlərin satışı ilə məşğul olacaq. Nicat Mahmudov  6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğludur. Onun 5 il əvvəl təsis etdiyi “Abeona global” limited isə restoran biznesi sahəsində fəaliyyət göstərir, Londondakı Buta Lounge qəlyan barı Şərifovun nəvəsinə məxsusdur.

A.Şərifov bir müddətdir, jurnalistlərin zənglərinə cavab vermir.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …