Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Abel Məhərrəmov toya getdiyinə peşman olub? – “Niyə məni narahat edirsiniz?”

Abel Məhərrəmov toya getdiyinə peşman olub? – “Niyə məni narahat edirsiniz?”

Mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasiminin keçirilməsi ilə bağlı video yayılıb.

Görüntülərdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun Ramiz Mehdiyevin şərəfinə “tost” dediyi eşidilir:

“Ramiz müəllim, biz sizin xidmətlərinizi çox böyük qiymətləndiririk. Çox böyük! Nəinki biz. Biz kimik ki? Xırda adamlarıq. Xalqımız çox böyük qiymətləndirir. Bu uğurlarımızın həyata keçirilməsində taktiki addımlara siz rəhbərlik etmisiniz”.

Məsələ ilə bağlı Report-un əməkdaşı A.Məhərrəmovdan münasibət öyrənmək üçün ona zəng edib.

A.Məhərrəmov söhbət zamanı Ramiz Mehdiyevin nəvəsinin toy mərasimindən danışmaq istəmədiyini deyib:

“Mən bu məsələ ilə bağlı danışmaq istəmirəm. Niyə məni narahat edirsiniz? Görüntülər yayılıb, yaxud yayılmayıb… Mən evdə istirahət edirəm. Sağ olun!”

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …