Ana səhifə / Cəmiyyət / Abel Məhərrəmov oğlunun əmlakını keçmiş gəlini ilə böləcək – QƏRAR

Abel Məhərrəmov oğlunun əmlakını keçmiş gəlini ilə böləcək – QƏRAR

Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov həyat yoldaşı Mehriban Məhərrəmovadan boşanıb. 

Belə ki, Mehriban Məhərrəmova artıq əvvəlki soyadını (Eyyubova) daşıyır. 

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində hakim Günay Axundovanın sədrliyi ilə keçirilən məhkəmədə Mehriban Eyyubovanın “əmlak bölgüsü”nə dair iddiası qismən təmin edilib. 

Məhkəmə iclası Mehriban Eyyubovanın başqa iddiaları əsasında sabah da öz işini davam etdirəcək. 

Qeyd edək ki, M.Eyyubova Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun qardaşı qızıdır./Qaynarinfo

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …