Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Abel Məhərrəmov: “Məni üzrlü sayın!”

Abel Məhərrəmov: “Məni üzrlü sayın!”


Prezident İlham Əliyev Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.

Fərmanla Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb. Sənədə əsasən, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilib. Nazirliyin yanında aşağıdakı Agentliklər yaradılıb:

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi;

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi.

Sənədlə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı təsdiq edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib..

“Sherg.az” dəyişikliyə münasibət öyrənmək üçün BDU-nun keçmiş rektoru, akademik Abel Məhərrəmovla əlaqə saxlayıb. Lakin A.Məhərrəmov mövzuyla bağlı danışmaq istəmədiyini bildirib:

” Hazırda Azərbaycanda deyiləm, şəhərdən kənardayam. Məni üzrlü sayın”.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …