Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “AA” seriyalı avtomobil Bakı küçələrində “protiv” gedir (VİDEO)

“AA” seriyalı avtomobil Bakı küçələrində “protiv” gedir (VİDEO)

Yanvarın 22-də Azadlıq prospektində hərəkətdə olan 10-AA-947 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü 1.3- qoşa xəttin tələbini pozub əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib. 

Avtosfer.az xəbər verir ki, bununla bağlı video sosial şəbəkələrdə yayılıb.
Digər sürücülər işıqforda gözlədiyi halda sözügedən avtomobil əks yola çıxaraq hərəkətini davam etdirir.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasına məxsus olan bu avtomobil “protiv” sürməyə adət edib. Belə ki, ötən ilin may ayının 18-də də eyni yerdə sözügedən avtomobilin sürücüsü qarşı yola çıxaraq hərəkətdə olub. Bu barədə Avtosfer.az məlumat da yaymışdı.
Sürücü həmin vaxtı uzaq işıqlardan və avtomobilin ön hissəsinə qanunsuz quraşdırılmış sayrışan işıqlardan istifadə edərək qarşıdan gələn sürücülərə təhlükə yaradıb. Sözügedən avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozan zaman 99-YP-390 qeydiyyat nişanlı YPX avtomobilinin yanından keçib. Lakin həmin əməkdaşlar kobud qayda pozan sürücünü dayandırmayaraq onun pozduğu qaydaya göz yumublar.
Görünür ki, bundan sui-istifadə edən sürücü artıq əks yolla hərəkət etməyi adət halına çevirib.
Videonu yayan şəxs DYP rəhbərliyinə rəsmi qaydada sürücüdən şikayət edib. Ümid edirik ki, yol polisi qayda pozan bu sürücü ilə bağlı müvafiq tədbir görəcək.


Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …