Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / 9 yaşlı aktyor uğurlarından danışdı: “Böyüyəndə yol polisi olmaq istəyirəm” – VİDEO

9 yaşlı aktyor uğurlarından danışdı: “Böyüyəndə yol polisi olmaq istəyirəm” – VİDEO

Toğrul Cəfərovun 9 yaşı var. O, həm aktyor, həm model, həm də aparıcı kimi fəaliyyət göstərir.

3 yaşından rəsm çəkməyə maraq göstərən Toğrul bu sahədə uğurlara imza atıb və diplomlarla mükafatlandırılıb. Bir çox serial, film və reklam çarxlarında rol alan balaca müsahibimiz böyüyəndə yol polisi olmaq istəyir.

Biz də “Yeni Müsavat” olaraq balaca aktyoru çəkiliş meydançasında ziyarət etdik.

– Toğrul, çəkilişlər necə gedir? Yorulmursan?

– Əslində indi yorulmuşam. Amma aktyorluq mənim hobbimdir. Sevərək kamera qarşısında çalışıram.

– İncəsənətə marağın olduğunu kim kəşf etdi?

– 3 yaşımdan rəsm çəkirəm. Anam həvəsli olduğumu görüb məni rəsm kurslarına qoydu. Bir çox diplomlarım var. Sonra 5 yaşımdan aktyorluq qabiliyyətimi gördü və məni kastinqlərə apardı. Əvvəllər model olaraq yarışmalarda iştirak etdim, daha sonra aktyorluq qabiliyyətimə görə reklamlara seriallara dəvət aldım.

– Aktyor, model və aparıcı kimi fəaliyyət göstərirsən. Marağın daha çox hansı sahəyədir?

– Əslində hamısı hobbimdir. Aktyorluğu daha çox sevirəm. Gələcəkdə aktyor kimi populyarlaşmaq istəyirəm.

– Gələcəkdə aktyor kimi populyarlaşmaq istədiyini dedin. O zaman bu sahə üzrə təhsilini davam etdirəcəksən?

– Aktyorluğu davam etdirsəm də, yol polisi olmaq istəyirəm. Gələcəkdə polis kimi fəaliyyət göstərmək arzum da var. Təhsilimi bu sahədə alacağam.

– Ukraynanın layihəsi “Liga smexa”nın Azərbaycanda baş tutan yarışmasına qatılıb, qalib olmusan. Təəssüratlarını bizimlə bölüşə bilərsən?

– Eşitdik ki, komediya yarışması var. Biz də qatıldıq. Komandamız yarışma boyu dəfələrlə qalib oldu, finalda isə jüridən yüksək bal alaraq kuboku qazandıq. Mənim üçün gözəl müvəffəqiyyət oldu.

Sonda balaca müsahibimiz ona daim dəstək olduğu üçün anasına təşəkkür edib.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …