Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / 85 SAYLI ŞAMAXI SEÇKİ DAİRƏSİNDƏ UNİKAL SAXTAKARLIQ – FAKTLAR

85 SAYLI ŞAMAXI SEÇKİ DAİRƏSİNDƏ UNİKAL SAXTAKARLIQ – FAKTLAR

“85 saylı Şamaxı Seçki Dairəsinin 6-saylı məntəqəsində unikal formalı saxtakarlığa əl atıblar”. Bu barədə məlumatı Azinforum.az-a həmin dairədə seçkiləri müşahidə edən jurnalist Raziyyə İmranqızı verib. Onun sözlərinə görə, Xasay Musayevin sədrlik etdiyi həmin məntəqəyə səsverməyə yaşı düşməyən məktəbli uşaqlar gətirilib və onların qutuya bülleten salmasına şərait yaradılır: “Onların əksəriyyəti şəkilsiz vəsiqələrlə səs verdilər”.

Azinforum.az  faktların təqdim edildiyi  DSK-nın  sədri Hüseyn Rəcəbovla əlaqə saxlayıb. DSK sədri saytımıza açıqlamasında bildirdi ki, həmin məntəqə kollecə yaxın olduğu üçün uşaqlar orda olub: “Onların qutuya bülleten atmağını kim görübsə, bu başqa məsələ”.

Azinforum.az olaraq bildiririk ki, təqdim olunan video və fotolordan görünür ki, həmin uşaqlar bayırda yox, məntəqənin içindədirlər. Bu gün bazara təsadüf etdiyi üçün məktəblilərin kütləvi şəkildə məktəbə niyə gəlmələri də şübhə doğurur.

Yəqin ki, bu faktı əlaqədar qurumlar daha təfsilatı ilə araşdıracaqlar.

Azinforum.az həmin qanunsuzluğa dair faktları təqdim edir.

Çinarə SEYİDOVA

s1 s2 s3 s4 s5 s6

 

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …

Bir cavab yazın