Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / 700 bal toplayanlara telefon hədiyyə verildi- VİDEO

700 bal toplayanlara telefon hədiyyə verildi- VİDEO

Bu gün “Azərfon” şirkəti 700 bal toplayan tələbələrlə görüş keçirib. “Qafqazinfo” xəbər verir ki, modern.az saytının və sözügedən şirkətin təşkilatçılığı ilə baş tutan tədbirdə 29 abituriyentə qalibiyyətləri münasibətilə mobil telefon təqdim olunub.

Onlardan bir neçəsi seçdikləri ixtisas barədə “Qafqazinfo”ya danışıb.

Belə ki, Şəki şəhəri Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin məzunu Nərmin İsmayılova Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq fakültəsini, akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 saylı məktəbin məzunu Rövşanə Rəcəbova ADA Universitetinin iqtisadiyyat ixtisasını,169 nömrəli tam orta məktəbin şagirdi Aslan Aşirov Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi ixtisasını, “Elitar” Gimnaziyanın məzunu İlqar Məmmədov proseslərin avtomatlaşdırılması ixtisasını seçiblər.

Məzunlarla bağlı hazırladığımız videonu təqdim edirik:

Həmçinin oxuyun

Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş film çəkilib -VİDEO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkilib. Filmin müəllifi …