Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “50 nəfərlik toy etsək, pulu necə yığacağıq?” – Bakı sakinləri arasında VİDEOSORĞU

“50 nəfərlik toy etsək, pulu necə yığacağıq?” – Bakı sakinləri arasında VİDEOSORĞU

Koronavirus epidemiyası ilə bağlı ölkədə tətbiq edilən karantin rejimi zaman keçdikcə yumşaldılsa da, toylarla bağlı qadağalar qalmaqdadır. 
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı da bir müddət öncə mətbuata açıqlamasında bildirib ki, iyun ayında toyların keçirilməsi nəzərdə tutulmur. O, qeyd edib ki, 10 nəfərdən çox şəxsin bir yerə toplaşması qadağan edildiyindən bu məsələ məqsədəuyğun hesab edilmir.
Toy sektorundakı qadağalar isə sənət adamlarını narahat etməyə başlayıb. Onlar toyların bərpası üçün müraciətlər edir, narahat olduqlarını, maddi durumlarının yaxşı olmadığını bildirirlər.
Bundan əlavə, sosioloqlar toylarla bağlı müxtəlif fikirlər səsləndirərək, toy adətlərimizdə dəyişiklik edilməsini, israfçılığın yığışdırılmasını təklif edirlər. 
Digər bir təklif isə toyların 50 nəfərlik keçirilməsidir. 
Bəs, Bakı sakinləri toylarla bağlı qadağalar haqqında nə düşünürlər? Onların 50 nəfərlik toy etməyə münasibəti necədir?
Musavat.com-un əməkdaşları mövzu ilə bağlı sorğu keçiriblər və şəhər sakinlərinin fikrini öyrəniblər. 
Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …