Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / 50 mindən çox azərbaycanlı ABŞ-a köçmək istəyir

50 mindən çox azərbaycanlı ABŞ-a köçmək istəyir

“Greencard” lotereyasında iştirak edən azərbaycanlıların sayı əhəmiyyətli dərəcədə artıb.
Oxu.Az xəbər verir ki, oyunun nəticələri mayın 15-də elan olunub.
Bu dəfə “qrin-kart” əldə etmək üçün 50 mindən çox azərbaycanlı lotereyada iştirak edib.
Hal-hazırda qaliblərin sayının müəyyən edilməsi üçün hesablamalar aparılır.
“Greencard.az” (“United States Permanent Resident Card”ın Azərbaycandakı rəsmi nümayəndəsi)  şirkətinin mütəxəssisi Röyal Cəfərovun sözlərinə görə, nəticələrin yoxlanılması müəyyən qədər vaxt çəkəcək.
Qeyd edək ki, hər il Azərbaycandan 300-500 nəfər “Greencard”ın qalibi olur.
“Bu il, bu göstəricinin 700-800 nəfərə qalxacağını gözləyirik. Həmişə olduğu kimi bu il də müraciət edənlərin böyük əksəriyyətini 18-24 yaşlarında olan subay gənclər təşkil edib”, – deyə Cəfərov bildirib.
Qeyd edək ki, “qrin-kart”ın qalibi vətəndaşlığını itirmədən ABŞ-da daimi yaşamaq, işləmək və təhsil almaq icazəsi alır.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …