Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / 50 minə yaxın şəxs karantin qaydalarını pozub – RƏSMİ

50 minə yaxın şəxs karantin qaydalarını pozub – RƏSMİ

Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 3 may saat 00:00-dan 4 may saat 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 3 may saat 00:00-dan 4 may saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1049 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 1 apreldən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 47477 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …