Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “5 manata nehrə yağı olmur” – AQTA sədri

“5 manata nehrə yağı olmur” – AQTA sədri

“Cənub bölgəsində 6 süd emalı müəssisəsinin məhsulları ilə bağlı aparılmış laborator analizin nəticələri artıq bəllidir. Azərbaycanın müxtəlif regionlarında nehrə yağı adı altında satışına verilən yağın tərkibində müxtəlif qarışıqlıqlar və insan orqanizmi üçün təhlükəli maddələr aşkar olunub”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, nehrə yağını 5 manata satırlar ki, bu qiymətə nehrə yağı olmur: “Onlara sahibkarlıq strukturu demirəm, onlar cinayətkar və dələduzdurlar. Həmin sexlərin yanında yaşayan əhalidə trans yağların nehrə yağı adı altında satılması barədə məlumatlar olsa da, bizə və hüquq-mühafizə orqanlarına bu barədə məlumat vermirlər. Ona görə ictimai nəzarət də olmalıdır”.

Q. Təhməzli palma yağları ilə bağlı narahatlığa da münasibət bildirib. O qeyd edib ki, məhsulun tərkibində palma yağının olması önəmli deyil, orada trans yağın miqdarının nə qədər olması vacibdir.

AQTA sədri son günlərdə fəaliyyəti məhdudlaşdırılan bir sıra sexlər barədə də danışıb. O bildirib ki, fotolardan da həmin sexlərin nə qədər acınacaqlı vəziyyətdə olduğu görünür: “Məsələn, toyuğun üzərinə ayaqqabı boyası sürtüb, kənd çolpası adı altında satılması cinayət faktıdır. Bununla hüquq-mühafizə orqanları məşğul olur. Bunlar kifayət qədər insan sağlamlığı üçün zərərli olan faktlardır. Ancaq sanitar-gigiyenik və sanitar-texniki pozuntular müşayiət olunan hər hansı bir istehsal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıbsa, onlar standartlar bərpa olunandan sonra bizə müraciət edəcəklər və fəaliyyətləri yenidən bərpa olunacaq”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …