Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / 48 hakim intizam məsuliyyətinə cəlb edildi – Azərbaycanda

48 hakim intizam məsuliyyətinə cəlb edildi – Azərbaycanda

Ötən il fəaliyyətlərində nöqsan və qanun pozuntularına yol verdiklərinə, o cümlədən korrupsiya hüquqpozmalarına şərait yaratdıqlarına görə 48 hakim intizam məsuliyyətinə cəlb edilib.

Bununla bağlı Məhkəmə-Hüquq Şurasının növbəti iclasında məlumat verilib.

Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda həmçinin qeyd edilib ki, 2 nəfərin səlahiyyətlərinə xitam verilib, 7 nəfər tutduğu vəzifədən azad olunub. 18 hakimin səlahiyyət müddəti uzadılmayıb.

Məhkəmə səhvlərinin aradan qaldırılmasında hakimlərin tədrisinin əhəmiyyəti nəzərə alınaraq Ədliyyə Akademiyası ilə birgə 50-dən çox tədris tədbiri keçirilib

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …