Cümə , Aprel 19 2024

“Yazdığım hansı status və ya toxunduğum hər hansı bir mövzu ajiotaj yaratmayıb ki? Evlilik təklifi ilə bağlı statusum da gündəm yaratdı, çünki, bizim cəmiyyətdə baş verən bəzi mentalitet adı ilə deyilən şeyləri başa düşmürəm”. 

Bu sözləri müğənni Nura Suri Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Türkiyədə prezidentliyə namizəd Sinan Oğana etdiyi evlilik təklifi ilə gündəmə səs salan Nura Suri ilk dəfə bu məsələyə geniş şəkildə aydınlıq gətirib. 

S.Oğana evlilik təklif edən Suri bu addımını doğru hesab etdiyi dilə gətirib: 

“Başa düşmədim, qadın bazarda maldır, nədir? Qadını seçə, təklif edə bilərlər, amma qadın öz istəyini və bəyəndiyini dilə gətirə bilməz? Bu harada yazılıb? Fikirlərim niyə tənqid və müzakirə olunmalıdır ki?! Türkiyədə prezidentliyə namizəd olan Sinan Oğana çox böyük rəğbətim var.

Niyə? Çünki, o, Azərbaycanı çox sevir və bizim torpağa köklərlə bağlıdır. Vətənpərvər və Azərbaycanı sevən bir insan kimi ölkəmizi sevən hər bir kəsə rəğbətimi bildirməyə azad biriyəm. Sinan Oğana sadəcə öz rəğbətimi bildirmişəm.

Düşünürəm ki, düz edib evlilik təklifi etmişəm. Ajiotaj yarandı və o insan haqda məlumatı olmayanın da informasiyası oldu. Sinan Oğan Azərbaycanda tanınırdı, yazdığım statusdan sonra lap çox tanındı.

Əlbəttə ki, bilirəm Sinan evlidir, çox gözəl həyat yoldaşı, ona dəstək olan həyat dostu var. Sözlərimi ciddi qəbul edib, buna başqa bir don geyindirən, yumor hissi, sarkazm anlayışı olmayan və bu şeyləri anlamayan insanları başa düşmürəm”.

Milli Məclisin deputatı Elman Nəsirovun söylədiyi “Azərbaycandan olan bir xanım müğənninin kişiyə evlilik təklif etməsini bəyənmədim” fikirlərinə Nura Suri “od püskürüb”.

Müğənni E.Nəsirovu tanımadığını bildirib:

“Milli Məclisin deputatı Elman Nəsirovun bu məsələ ilə bağlı açıqlamasına da öz fikrimi bildirdim. O, millət vəkilini tanımıram. Millət vəkillərinin çoxunu tanımıram. Kim ki, o kürsüdə oturub və Milli Məclisdə xalqın sözünü deyir, dövlət üçün yaxşı işlər görür…

Məsələn Qənirə Paşayeva, Nigar Arpadainin adını çəkə bilərəm. Onları izləyirəm və bəyənirəm. Qadınların vəzifədə, MM-də, hər yerdə öz ayaqları üzərində dayanıb pul qazanmalarını dəstəkləyirəm və hər bir xanımın yanındayam.

Elman Nəsirovun Milli Məclisdə xalqın xeyrinə söz dediyini hələ eşitməmişəm. Ona görə də onu tanımıram. Əgər o, məni müzakirə edirsə, bu lap gülməlidir. Çıxardın yazdığım statusu Milli Məclisdə mövzu edin. Danışmağa başqa söz yoxdur? Niyə də?! Yox, əgər belə bir açıqlama verib “hayp” tutursa, onda ona bravo. Ayaqüstə alqışlayıram. İnsan bir günün içərisində gündəm oldu”. 

Sonda Nura Suri bu il Milli Məclis seçkilərində deputatlığa namizədliyini irəli sürəcəyini açıqlayıb: 

“Deputatlığa namizəd olmağı düşünürəm. Əvvəl bu haqda düşünmürdüm, amma indi daha çox düşünürəm. Builki seçkilərdə deputatlığa namizədliyimi verəcəyəm”. 

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …