Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / 315 saylı uşaq bağcasinda uşaq döyüldü Özəl

315 saylı uşaq bağcasinda uşaq döyüldü Özəl

Təhsil sisteminin ilk pilləsi məhz bağçalardan başlayır. Orta məktəbə yenicə qədəm qoyan uşaqların bağça təhsili görməsi vacibdir. Məktəbəqədər təhsil müəssisələrində uşaqlara nə qədər sağlam təhsil verilsə, bu onların orta məktəblərə atdıqları ilk addımlarda ciddi çətinliklərlə üz-üzə qalmayacağına kömək edə bilər. Bağçada təhsil almayan uşaqlar 1-ci sinfə gedərkən müxtəlif problemlə üzləşirlər. Körpələr uşaq bağçalarında ilk kollektiv görür və məktəbə gedərkən əlavə problem yaşamırlar. Uşaq bağçaları həmçinin valideynlərə də müəyyən mənada köməkdir. Belə ki, işləyən valideynlər övladlarını bağçaya etibar edib axşam işdən qayıdanda götürürlər. Məktəbəqədər tərbiyə ocaqları olmasa, valideynlər rahat şəkildə işə gedib-gələ bilməzlər. Lakin bağçaların hamısında heç də ideal şərait mövcud deyil.

Məktəbəqədər təhsil ocaqlarından əksik olmayan neqativ halların artması baxımından ən çox adı hallanan Xətai rayonu, Cavanşir küçəsi 5 ünvanda yerləşən 315 saylı uşaq bağçasıdır.

Azinforum.az-a daxil olan məlumata görə,  Azər Əlizadənin(ad şətidir) valideyni həmin bağcaya qoyarkən ağlına da gəlməzdi ki, belə bir hadisə baş verə bilər.

Uşağı bağçadan götürməyə gələn valideyin oğlunun ağladığını görür və səbəbi soruşduqda uşaq Mülayim adlı müəllimə tərəfindən döyüldüyünü deyir.

” Anama deyəcəm ” kəliməsini eşidən müəllimə utanmadan uşağın anasını da ən əxlaqsız formada söyür. Şikayət etmək istəyən ana bağçanın mudirəsini günlərlə yerində tapa bilmir.

Bizə daxil olan bu məlumatdan sonra apardığımız araşdırmalar nəticəsində bir daha əmin olduq ki, adı çəkilən bağça barədə şikayətlərin sayı həddən artıq çoxdur. Bildirilir ki, Mülayim müəllimdən əvvəl işləyən Sevda adlı xanım da uşaqları döyürmüş. Deyilənə görə, bağçada bir sinifə 30 – dan çox uşaq yerləşdirilməsi də valideyinlərin narazılığına səbəb olub.

Bağçanın müdirəsi Nazilə Həsənova bu qanunsuzluqlardan xəbərdar olsa da, problemlərin aradan qaldırılması istiqamətində heç bir addım atmır.

“Heydər Əliyev Fondu”nun prezidenti Mehriban xanım Əliyevanın bu bağçaya baş cəkməsi və xüsusi diqqət ayırması da nəzərimizdən yayınmadı. Bütün bunlardan xəbərdar olduğu halda,  Nazilə Həsənovanın niyəlük verməsi bizim üçün də maraqlı görünür.

Qarşı tərəfin  də mövqeyni dinləməyə hazırıq…

 

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın