Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / 31 abituriyentin imtahan nəticələri ləğv olundu

31 abituriyentin imtahan nəticələri ləğv olundu

Aprelin 7, 14 və 21-də keçirilən buraxılış imtahanlarında ümumilikdə 31 abituriyent imtahandan xaric olunub və onların nəticələri ləğv olunub.Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, həmin şəxslərin imtahan nəticələri sual kitabçalarının dəyişdirilməsi, mobil telefon aşkar olunması və digər səbəblərdən ləğv edilib.

Aprelin 7-də keçirilən buraxılış imtahanlarında imtahan başa çatdıqdan sonra sual kitabçasının fotoşəkilinin sosial şəbəkələrdə yayılması halı ilə əlaqədar ilkin araşdırmanın nəticəsi də məlumdur və bu barədə növbəti həftənin birinci günü daha ətraflı məlumat veriləcək.

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …