Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / 24 yaşlı qızı maşınla vurub öldürən iş adamının oğlunun DƏBDƏBƏLİ HƏYATI – FOTOLAR

24 yaşlı qızı maşınla vurub öldürən iş adamının oğlunun DƏBDƏBƏLİ HƏYATI – FOTOLAR

Bakıda avtomobil gənc qızı vuraraq öldürüb. Reportun xəbərinə görə, paytaxt sakini Ağaəli Fərəcovun idarə etdiyi “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobil Gürcüstanvətəndaşı 24 yaşlı Xəyalə Məmmədovanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Sürücü hadisə yerindən qaçsa da, polis əməkdaşları onu tuta bilib.

Faktla bağlı araşdırma aparılır. Araşdırmalar zamanı məlum olub ki, 99-BS-999 nömrəli avtomobil sosial mediada kifayət qədər məşhurdur. “Instagram”da “alik_999” niki ilə qeydiyyatdan keçən maşının sahibi tanınmış iş adamı Füzuli Fərəcovun oğludur. O, kifayət qədər dəbdəbəli həyatı ilə diqqət çəkir. Ağaəli Fərəcov bahalı avtomobilinin və dəbdəbəli həyatının fotolarını öz hesabından mütəmadi olaraq paylaşaraq həyat tərzini nümayiş etdirməkdən çəkinmir. (qaynar.az)

24 yaşlı qızı maşınla vurub öldürən iş adamının oğlunun DƏBDƏBƏLİ HƏYATI -
24 yaşlı qızı maşınla vurub öldürən iş adamının oğlunun DƏBDƏBƏLİ HƏYATI -
24 yaşlı qızı maşınla vurub öldürən iş adamının oğlunun DƏBDƏBƏLİ HƏYATI -
24 yaşlı qızı maşınla vurub öldürən iş adamının oğlunun DƏBDƏBƏLİ HƏYATI -

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …

Bir cavab yazın