Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət /  24 iyun Elçibəyin doğum günüdür – FOTO

 24 iyun Elçibəyin doğum günüdür – FOTO

Bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri, Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin doğum günüdür.
Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (ADU) şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misirdə tərcüməçi kimi çalışıb, Bakıya qayıtdıqdan sonra ADU-da müəllim işləyib. 1975-1976-cı illərdə antisovet fəaliyyətinə görə həbsdə olub. İlyarımlıq həbsdən sonra Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışmağa başlayıb. O, 1988-ci ildə Azərbaycanda başlayan milli azadlıq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.
1992-ci il iyunun 7-də prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan hərbi qiyamdan sonra Bakını tərk edib və 1993-cü il iyunun 17-də Ordubad rayonunun Kələki kəndinə gedib.
İyunun 24-də Milli Məclisin qərarı ilə səlahiyyətlərinə son verilmiş Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib.
Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Ankara Dövlət Xəstəxanasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.
Əbülfəz Elçibəy tələbə yoldaşları ilə. 1962-ci il.
Misir. 1963-cü il. Sağdan birinci Elçibəydir.
Elçibəy Misirdən qayıtdıqdan sonra. 1964-cü il.
Aspirant Elçibəy (sağda) Leninqradda ezamiyətdə olarkən. 1967-ci il.
1978-ci il.
1980-ci il.
Elçibəy anası Mehrinisə ana ilə. Kələki. 1980-ci il.
1982-ci il.
1984-cü il. Soldakı Elçibəy, sağdakı Abbas Zamanovdur.
Fəvvarələr bağı, 1984-cü il. Soldan: Elçibəy, …, Elməddin Əlibəyzadə, Əli Məmmədov, Sabir Yanardağ, Xəlil Rza Ulutürk.
1986-cı il.
Elçibəyin qardaşı Almuradın evindəki otağı. 16 noyabr 1989-cu il. 
Elçibəy, Xəlil Rza Ulutürk və Əbülfəz bəyin qardaşı Almurad ağa. Aprel 1989-cu il.
Nemət Pənahlı və Elçibəy. 1989-cu ilin mtinqlərindən biri.
Elçibəy Azadlıq meydanındakı insan seli qarşısında çıxış edir.
Elçibəyə “Türk ocaqları”nın Atatürk ödülü verilməsi ilə bağlı ziyafət. Soldan: Bəxtiyar Vahabzadə, Turan Yazqan, Elçibəy, Nihat Çətinqaya. 
Elçibəy nümayişdə. 28 may 1991-ci il.
29 avqust 1991-ci il. Mitinqdə yaralanmış Elçibəy qardaşı Almuradın evində.
Bakıətrafı bağda. Soldan: Ramiz Rizayev, Eldar Salayev, Elçibəy, Rəsul Quliyev. 1991-ci il.
Elçibəy Türkiyəyə oxumağa gedən tələbələr arasında. Sentyabr 1991-ci il.
15 may 1992-ci il.
Şeyxülislam Allahşükür Paşazadə və Əbülfəz Elçibəy. 25 yanvar 1992-ci il.
Elçibəy və İsa Qəmbər Ali Sovetdə. May 1992-ci il.
Hərəkat dövrünün iştirakçıları yeyib-içməkdə… 
Elçibəy Alparslan Türkeşlə Azadlıq meydanında. 3 may 1992-ci il.
Prezident Əbülfəz Elçibəy and içir. 16 iyun 1992-ci il.
Elçibəy Ukrayna prezidenti Kravçukla. İstanbul, 25 iyun 1992-ci il.
Prezident Elçibəy. Sentyabr 1992-ci il.
Əbülfəz Elçibəy Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerlə görüşür.
Prezident Elçibəy Milli Ordunun ilk paradında. 9 oktyabr 1992-ci il.
Elçibəy Boris Yeltsinlə Azərbaycan – Rusiya dövlətlərarası müqavilə imzalayır. Moskva. 12 oktyabr 1992-ci il.
Ankara. 29 oktyabr 1992-ci il. Solda Türkiyə prezidenti Turqut Özal, sağda baş nazir Süleyman Dəmirəl.
Elçibəy Qırğızıstan prezidenti Əsgər Akayevlə. Ankara. 30 dekabr 1992-ci il.
Türk cümhuriyyətlərinin zirvə toplantısında. Soldan: İslam Kərimov, Elçibəy, Nursultan Nazarbayev. Ankara. 1992-ci il.
Elçibəy Ankarada hərbi təhsil alan azərbaycanlı kursantlar arasında. 1992-ci il.
Elçibəy Ankarada M.Ə.Rəsulzadənin məzarını ziyarət edərkən. 1992-ci il.
Prezidentlər Əbülfəz Elçibəy və Turqut Özal Türkiyənin Kayseri şəhərində.
Elçibəy və Heydər Əliyev. 1992-ci il.
Müğənni Ləman Can və Elçibəy “Çırpınırdı Qara dəniz”i oxuyarkən. İstanbul. 1992-ci il.
Nəsibə Zeynalovanı qəbul edərkən. 1992-ci il. 
Elçibəy Barış Manco ilə görüşərkən. TRT-nin ç <p”>əkiliş qrupu ilə anidən AXC Ali Məclisinin sessiyasına qatılan Baris Manco Elçibəylə görüşdən sonra “Səhər” qəzetinin müxbiri İlhamə Qasımlıya müsahibə verir.
Elçibəy Eduard Şevardnadze ilə mətbuat konfransında.
Cəbhə bölgəsində. 7 aprel 1993-cü il.
Elçibəy Kələki kəndində doğma Xəlil yurdunda. 1 iyul 1997-ci il.
<p”>
<p”>
<p”>Elçibəy Kələkidən Bakıya dönərkən ilk müəllimi Yadulla Həsənovla (sağda) sağollaşır. 30 oktyabr 1997-ci il.
30 oktyabr 1997-ci il. Əbülfəz Elçibəy Kələkidən Bakıya dönür.

SİDSUH-un yaradılma mərasimində. 26 oktyabr 1998-ci il. Bakı.
Elçibəy köməkçisi Oqtay Qasımovun toyunda. 2 aprel 1999-cu il.
<p”>
Elçibəy Flora Kərimova ilə.
Elçibəy kitablarının təqdimat mərasimi.

Əbülfəz Elçibəy və dünya şöhrətli bəstəkar Arif Məlikov. 15 iyul 1999-cu il.
Əbülfəz bəy qızı Çilənay xanımla.
Elçibəy oğlu Ərturqutla (soldakı) öz evində. 1999-cu il. 
Elçibəy Türkiyədə toy məclisində. Soldan 1-ci o vaxt siyasətdə o qədər də tanınmayan Rəcəb Tayyip Ərdoğan, daha sonra kinoaktyor Kadır İnanır, Əbülfəz bəy, müğənni Orhan Gencebay və Xanım Xəlilova.
Elçibəy ABŞ-ın Nyu-York şəhərində Türk yürüşündə, 20 may 2000-ci il.
Elçibəy ömrünün sonlarında.
Prezident Heydər Əliyev Elçibəyin dəfnində. Avqust 2000-ci il.
<p”>
<p”>
<p”>Əbülfəz Elçibəyin dəfn olunduğu  gündür.
<p”>
Mərhum Əbülfəz Elçibəyin Fəxri Xiyabandakı məzarı.
Material musavat.com-a məxsusdur.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın