Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / 23 siyasi partiya MSK-ya maliyyə hesabatı təqdim edib

23 siyasi partiya MSK-ya maliyyə hesabatı təqdim edib

Azərbaycanda daha iki siyasi partiya Mərkəzi Seçki Komissiyasına (MSK) 2018-ci il üzrə maliyyə hesabatı təqdim edib.

ONA-nın məlumatına görə, bunlar Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası və “Qorqud” Partiyasıdır.

Bununla da bu ilin əvvəlindən indiyədək illik maliyyə hesabatını MSK-ya təqdim edən siyasi partiyaların sayı 23-ə çatıb.

Qeyd edək ki, indiyədək MSK-ya illik maliyyə hesabatını təqdim edən siyasi partiyalar bunlardır: Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, “Birlik” Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kommunist Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Xalq Partiyası, Milli Konqres Partiyası, “Ədalət” Partiyası, “Milli Vəhdət” Partiyası, Böyük Azərbaycan Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası və “Qorqud” Partiyası.

Xatırladaq ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …