Belə ki, təqvim ili yenilənən kimi Goranboyda 2 ailəninin bayramı-bayrama qarışıb. Doğulan uşaqlardan biri qız, digəri isə oğlandır.

Yeni ilin ilk saatlarında Bərdədə də 4 oğlan uşağı doğulub. Rayon sakinləri Həmidli Elnarə, Orucova Gülşən, Xudayeva Aysel və Mustafayev Şəbnəm Rayon Mərkəzi Xəstəxanasında oğlan uşaqları dünyaya gətiriblər. Doğulan uşaqların çəkisi 3 kiloqramdan artıqdır. Xəstəxanadan ana və uşaqların vəziyyətinin normal olduğunu bildiriblər.