Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / 200-dək hüquqşünas hakim olmaq istəyir

200-dək hüquqşünas hakim olmaq istəyir

Ölkəmizdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində, xüsusilə də dövlət başçısının məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanı ilə əlavə ayrılmüş hakim ştatlarının yüksək hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə hakimlərin seçimi üzrə növbəti açıq müsabiqə keçirilir.

Hakimlərin Seçki Komitəsi xəbər verir ki, cari ilin iyul ayının 25-dən davam edən hakimliyə namizədlərin sənədlərinin qəbulu nəticəsində artıq 200-dək hüquqşünas sənədlərini Hakimlərin Seçki Komitəsinə təqdim edib, yaxud elektron qaydada müraciət edib:

“Namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına köməklik məqsədilə imtahan süallarına dair annotasiyanı, habelə imtahan qaydalarını, namizədlərin imtahanla bağlı vəzifələrini və imtahan suallarının nümunələrini özündə əks etdirən “Hakim vəzifəsinə namizədin Yaddaş Kitabçası” hazırlanmış və jlc.gov.az saytında yerləşdirilb.

Mətbuatda məlumat verildiyi kimi namizədlərin seçimində çevikliyin təmin edilməsi, habelə onlar üçün daha şəffaf və əlverişli şəraitin yaradılması məqsədilə müsabiqənin ilkin mərhələsi olan test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən, təxminən 200-250 nəfərlik qruplar üzrə və daha müasir üsulla keçirilərək hər bir namizəd fərdi qaydada, sualları kompüter vasitəsilə cavablandıracaq.

Bununla əlaqədar Hakimlərin Seçki Komitəsi bildirir ki, sənədlərini ilk təqdim etmiş 250 nəfərədək hakimliyə namizədlə test imtahanı cari ilin sentyabr ayının 15-də keçiriləcək, eyni zamanda namizədlərin sənədləri bundan sonra da davamlı olaraq qəbul ediləcək”.

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …