Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / 17 məsciddə qanvermə aksiyası keçiriləcək

17 məsciddə qanvermə aksiyası keçiriləcək

Oktyabrın 1-də Aşura günü münasibətilə ölkəmizin 17 məscidində hemofiliyalı və talassemiyalı, həmçinin digər xəstələrin müalicəsində istifadə olunmaq üçün könüllü qanvermə aksiyası keçiriləcək. Qanvermə aksiyası keçiriləcək məscidlərdən 9-u Bakı, 1-i Sumqayıt şəhərlərində, qalanları isə ölkəmizin ayrı-ayrı bölgələrində təşkil ediləcək.

B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyevanın bildirib ki, ötən ilki Aşura mərasimi zamanı 4141 nəfər könüllü olaraq qan verib. Bu ilki aksiya zamanı 5 min nəfərdən çox könüllünün iştirak edəcəyi gözlənilir.

Onun verdiyi məlumata görə, məscidlərdə institut əməkdaşlarından ibarət briqadalar fəaliyyət göstərəcək və könüllülərin verdikləri qan və qan komponentləri yalnız ciddi müayinə tədbirləri nəticəsində tam yoxlanılandan sonra Qan bankına tədarük ediləcək.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …