Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət /  Lənkaranda icra başçısı Taleh Qaraşovla polis rəisi arasında savaş başlayıb?

 Lənkaranda icra başçısı Taleh Qaraşovla polis rəisi arasında savaş başlayıb?

İcra başçısı Taleh Qaraşovla polis şöbəsinin rəisi Möhübbət Hüseynov arasındakı konflikt rayon idarəetmə strukturunu tam şəkildə ikiyə parçalayıb.
Lənkəran rayonunda  böhran yaranıb.  Bu barədə bəzi elektron KİV-lərdə məlumat yayılıb. Biz həmin məlumatın nə dərəcədə doğru olub-olmadığını deyə bilmərik. Ona görə də, qarşı tərəfin cavab haqqını tanımaqla yazını təqdim edirik:

“Lənkərandakı real durumun detallarına keçməzdən öncə onu bildirək ki, T.Qaraşovla M.Hüseynov arasındakı ziddiyyət uzun müddətdən bəri var imiş. Bununla bağlı məlumatlı mənbənin  bildirdiyinə görə, indi icra başçısının polis rəisinə qarşı təbliğatı açıq müstəviyə keçirməsi qarşıdurmanı kəskin mərhələyə keçirib. Hər kəs ya icra başçısı, ya da polis rəisinin yer aldığı cəbhənin birində yer almaq məcburiyyətində qalıb. Deyilənə görə, rayon polis şöbəsində yüksək vəzifə tutan şəxslərdən biri icra başçısının hərəkətlərinə “getsin dönərlərini satdırsın” deməklə rəqibin biznes şəbəkəsinən polis şöbəsinin də məlumatlı olduqlarına işarə vurub. Rayondakı mənbələrdən daxil olan məlumata görə, sözügedən qarşıdurmanın bir tərəfinin əsas fiqurları icra başçısı T.Qaraşov və onun müavini İlqar Dadaşov olduğundan əks tərəf də bu iki şəxsi bitirəcək kompromatlar toplayır. Mənbəmizin sözlərinə görə, bu əks təbliğat hücumunda kifayət qədər ciddi faktlar yer alıb. Mənbəmiz həmin faktlardan bəhs edərək əslən Neftçaladan olan, vaxtı ilə Lənkəranda işləyən və indi FHN-də çalışan bir şəxsdən tutmuş, rayon mərkəzi xəstəxanasında çalışan bir həkimə qədər bir çox adlar çəkdi. Faktları incələdikdən sonra bu məsələləri geniş şəkildə diqqətinizə çatdıracağıq…”

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın