Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Baş redaktor təhdid olundu – “Yazılarına diqqət et” – Foto

Baş redaktor təhdid olundu – “Yazılarına diqqət et” – Foto

Azinforum.az xəbər saytının baş redaktoru Məhəmmədəli Qəribli təhdid olunub. Moderator.az-a açıqlama verən jurnalistin sözlərinə görə, naməlum şəxslər onun maşınının qapısına kağız qoyublar. Kağızda “Qaqaş ağıllı ol yazdıqlarına diqqət et” mesajı olub:
“Dünən saat 18 00 radələrində işdən çıxan zaman Azərbaycan Nəşriyyatının qabağında saxladığım avtomobilimin qapısına taxılmış bir ismarıc gördüm. Həmin mesajın foto sürətini sosial şəbəkələrdə paylaşmışam. Hesab edirəm ki, bu mənə qarşı yönələn açıq təhdiddir. Mənim jurnalistikadan başqa məşğuliyyətim yoxdur. Kiminsə xoşuna gəlmirəmsə, deməli bu mənim fəaliyyətimlə bağlı ola bilər. Mən jurnalist fəaliyyətimdə hər zaman dövləti və milli maraqları qorumuşam. Bununla yanaşı, bəzi neqativliklərlə bağlı da müstəqil jurnalist mövqeyi ortaya qoymuşam. Son vaxtlar rəhbərlik etdiyim Azinforum.az saytında müxtəlif səpkili tənqidi materiallar yazılır. Bizim son araşdırmamız paytaxtda fəaliyyət göstərən, lakin qanunla qadağan edilmiş qumar biznesi ilə bağlı olub. Maraqlıdır ki, həmin qanunsuz fəaliyyətin ifşası ilə bağlı yazılara son qoymağı bizdən qanuni fəaliyyətlə məşğul olan bəzi adamlar xahiş edir. Bu, bizi çox təəccübləndirir. Məsələnin ciddiliyinə fikir verin. Bu adamlar mənim hətta avtomobilimin harda saxlanmasına qədər məlumatlıdırlar. Ancaq mən konkretdə bunun məhz qumarxanalarla bağlı yazıya görə edildiyini iddia etmirəm. Çünki, bu başqa adamların da işi ola bilər. Fikiri yayındırmaq üçün məhz bu məqamı seçə bilərlər. Əlaqədar qurumlara bununla bağlı rəsmi müraciət etmək fikirim var.”

Xəyal Əzizov

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın