Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Əhməd Əhmədzadənin oğlunun qarşısına çıxacaq politoloq-diplomat kimdir?

Əhməd Əhmədzadənin oğlunun qarşısına çıxacaq politoloq-diplomat kimdir?

Azinforum.az saytı olaraq qarşıdan gələn Parlament seçkilərinin gərgin rəqabət şəraitində keçəcəyinə dair məlumat vermişik.  Belə prinsipial dairələrdən biri də QAX rayonu sayılır. Hələ seçkilərlə bağlı təbliğata rəsmi start verilməsə də, iddialı şəxslər müxtəlif üsullarla öz təbliğatını qurmağa başlayıblar.

Bizə verilən məlumatda bildirilir ki, QAX rayonundan deputat olmaq istəyənlərin təqribi sayı da bəllidir. İki çağırış həmin rayondan deputat seçilən Azər Kərimlinin bu dəfə də seçkiyə qatılacağına heç kim şübhə etmir. Onun əsas rəqiblərindən birinin tanınmış oliqarx-məmur Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadənin olacağı bildirilir. Bunlara rəğmən əslən İlusu kəndindən olan Paşa Məmmədov (İlisuyski) adlı bir diaspor nümayəndəsinin də seçkidə iştirakı gözlənilir. Hətta bəzi KİV-lərdə Paşa Məmmədov sürpriz namizəd kimi  təqdim edilir. Onun seçkilərə ciddi hazırlaşdığını təxmin etmək o qədər də çətin deyil. Çünki Paşa Məmmədov öz Facebook hesabında təbliğat xarakterli materiallar paylaşmağa başlayıb. Ötən gün isə Paşa Məmmədov öz tərcümeyi-halını paylaşıb. Gənc fəalın zəngin həyat yoluna dair məlumatları biz də oxucularla bölüşmək qərarına gəldik.

Paşa Xəyyam oğlu Məmmədov
Diplomat, Politoloq
1977-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində anadan olub

Təhsil:
1. Azərbaycan Universiteti (Beynəlxalq Hüquq)
2. ABŞ “Beynəlxalq Dilçilik Kolleci” (LSI, ESL)
3. Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyası (Dövlət İdarəçiliyi)
4. Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyası (Magistr)
5. Misir Ərəb Respublikasında Diplomatik kurslar

İş fəaliyyəti:
1. Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətində baş hüquqşunas
2. Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsində müxtəlif vəzifələr
3. XİN Həmkarlar Komitəsi Sədrinin birinci müavini
4. Azərbaycanın Dubay şəhərində vitse-konsul
5. «TrustCo» Dubay BƏƏ və «P&O Production» Şotlandiya şirkətlərinin Baş Meneceri
6. «Fashion Avenue» Ukrayna şirkətinin Direktoru
7. Ukrayna XİN Radasının Eksperti
8. «Ukrayna Qafqaz Xalqları Konqresinin» Rəhbəri

Qeydlər:
1. Azərbaycan Prezidentinin 2003-cü ildə keçirilən andiçmə mərasiminin yüksək səviyyədə təşkil edilməsi və keçirilməsinə görə təşəkkür elan edilmiş
2. 2006-cı il İKT üzv dövlətlərinin 33-cü sessiyasının Bakıda yüksək səviyyədə təşkil edilməsi və keçirilməsinə görə təşəkkür elan edilmişdir
3. 2007-ci il GUAM Bakı Sammitinin yüksək səviyyədə hazırlanmasına görə təşəkkür elan edilmişdir
4. 2008-ci il Müqəddəs Taxt-tacın (Vatikanın) Dövlət katibi kardinal Tarçizio Bertonenin səfəri və Roma Papası ХVI Benediktin adından Bakıda kotolik Kilsəsinin açılış mərasiminin hazırlanmasında və həyata keçirilməsində fəal iştirakı qeyd olunmuşdur
5. 2008-ci ildə Gürcüstanda baş vermiş “Avqust Münaqişəsi”- nin sülh yolu ilə həll olunması, Azərbaycan dövlət nümayəndə heyətinin üzvü təyin olunmuşdur.
6. 2008-ci il “Bakı Enerji Sammitinin” təşkil olunması və müvəffəqiyyətlə keçirilməsinə görə təşəkkür elan edilmişdir
7. Azərbaycan Prezidentinin 2008-ci ildə keçirilən andiçmə mərasiminin yüksək səviyyədə təşkil edilməsi və keçirilməsində iştirak edilmişdir

Azərbaycan (və Türk), Rus, İngilis, Ərəb və Ukrayna dillərini bilir

Atası: Məmmədov Xəyyam Paşa oğlu Qax rayonunda anadan olmuş, Azərbaycan Dövlət Tibb İnstitutu və Moskva şəhəri Ümumittifaq Elmi Tədqiqat Vərəm Xəstəlikləri İnstitutunda Aspiranturanı bitirmişdir. 1993-2002 Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Qax rayon İcra Hakimiyyəti Başcısı vəzifəsində çalışmışdır. Hal hazırda Bakı şəhəri Ağ ciyər xəstəlikləri İnstitutunun Baş Həkimi vəzifəsində çalışır. 1985-ci ildə Xalqlar Dostluğu ordeni ilə təltif olunmuş, 24 elmi işlərin müəllifidir.
Tibb Elmləri Namizədi və 1992-ci ildən etibarən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Azinforum.az

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın