Ana səhifə / Cəmiyyət / 14 yaşında BDU-ya qəbul olan qız magistr imtahanında neçə bal toplayıb?

14 yaşında BDU-ya qəbul olan qız magistr imtahanında neçə bal toplayıb?

Bakı Dövlət Universitetinin (BDU) 4-cü kurs tələbəsi Nigar Veysəlova magistraturaya keçirilən qəbul imtahanlarının iki mərhələsində, ümumilikdə, 130 bal toplayıb.

Bu barədə “Report”a N.Veysəlova özü məlumat verib.

O, qazandığı uğura görə qürur hissi keçirdiyini bildirib: “Mən uşaq vaxtı elmə o qədər bağlı idim ki, məktəbə getmək və təhsil almaq istəyirdim. Həmin vaxt, yəni 2004-cü ildə cəmi 4 yaşım var idi. Nəhayət, 4 yaşımda məni sorğu-sual edib bilik səviyyəmi yoxladılar, imtahan verdim və Sumqayıt şəhərində yerləşən 26 nömrəli tam orta məktəbin birinci sinfinə daxil oldum. 2015-ci ildə orta məktəbi bitirib, BDU-nun Kimya fakültəsinə daxil oldum. Orta məktəb vaxtı əlaçı olmuşam”.
O bildirib ki, 19 yaşı olmasına baxmayaraq, magistraturaya qəbul imtahanında iştirak etmək onun təhsilə maraq göstərməsi üçün stimul olub: “Magistraturanın birinci mərhələsində 89, ikinci mərhələsində isə 41 bal toplamışam. Ümid edirəm ki, kimya ixtisası üzrə respublika birincisi olacağam. Bir neçə müəssisədə və SOCAR-ın Neft Emalı Zavodunda praktikada olmuşam. Magistr təhsili müddətində xarici ölkələrin birində təcrübə keçirməyi düşünürəm. Magistr təhsilimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft Kimya Prosesləri İnstitutunda Nanokimya ixtisası üzrə davam etdirməyi planlaşdırıram. Uğur qazanmaq çətin deyil, buna çatmaq üçün, sadəcə, qarşıya məqsəd qoymaq və çalışmaq lazımdır”.
Qeyd edək ki, Nigar Rövşən qızı Veysəlova 2000-ci ilin yanvar ayında anadan olub. 4 yaşında Sumqayıtda yerləşən 26 nömrəli məktəbin birinci sinfinə daxil olub. O, 14 yaşında BDU-ya qəbul olub.
Xatırladaq ki, BDU-nun daha bir 18 yaşlı tələbəsi magistraturaya keçirilən qəbul imtahanlarının iki mərhələsində 114 bal toplayıb.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …