Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “14 fevral o adamlar üçündür ki, heç olmasa ildə bir dəfə…”

“14 fevral o adamlar üçündür ki, heç olmasa ildə bir dəfə…”

Hər il fevral ayı gələndə cəmiyyətdə bir canlanma olur. Kimi 14 fevral – sevgililər günü deyilən günə hazırlaşır, kimi də o günə hazırlaşanları təəssüf və qınaq atəşinə tutur.

Fevralın ilk ongünlüyündən başlayaraq hədiyyə mağazalarında nəzərə çarpan canlanma 14 fevraladək davam edir. Daha çox gənclərin qeyd etdiyi 14 fevral tarixi yaşlı nəsli o qədər də maraqlandırmır. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan fəlsəfə doktoru, jurnalist Anar Vəziroğlu bu cür bayramları heç vaxt qeyd etmədiyini deyib:

“Mən özüm belə günlərdən uzaq insanam. Məsələn, 8 Mart Beynəlxalq qadınlar günü var, mən kişi 364 gün hazırlaşmalıyam ki, 8 Martda gedim 1 gül alım, gəlim qadına deyim ki, “sənin gününü təbrik edirəm”, bu nə bayramdır axı? Qadın üçün hər gün bayramdır. 

Bu gün də 14 fevral – Sevgililər günü olduğunu deyirlər. Bilirsiniz, sevgi elə bir şeydir ki, hər gün ya var, ya da yoxdur, bunun ortası ola bilməz. Bu gün sadəcə bəhanədir”.

Onun sözlərinə görə, 14 fevral ilboyu xanımını yada salmayan adamlar üçün bəhanədir:

“Mən İsmayıllı rayonunda doğulmuşam, 60 ildir bir şagird yoldaşım mənimlə bir yerdədir, bu adam 25 ildə bir dəfə qəbir üstünə gedib çıxmayıb. Bunun üçün hörmətli dinimizdə “Qara bayram” var. Niyə? Çünki insanlar gedib heç olmasa, bu bayramda bir dəfə ölüsünü yad eləsinlər deyə. Sevgililər günü də buna bənzəyir. Bu 14 fevral o adamlar üçündür ki, adamlar heç olmasa ildə bir dəfə qarşısındakına diqqət göstərsin, yada salsın. Bir məsəl var: azar-bezar bəhanədir, əcəli yazan Allahdır. 

Bu gün də bəhanədir, insanlar yarı o tərəfə, yarı bu tərəfə bölünür. Hansısa verilişə gedirsən, insanlar adicə fikrə görə iki yerə bölünürlər, biri deyir Anar Vəziroğlu pisdir, biri deyir xanım ekspert pisdir… Hərənin bir fikri var.

Kim hansı gün istəyir qoy o vaxt da bayram etsin, nə fərqi var ki? Əsas odur ki, kişi qarşısındakı xanıma hörmət qoya bilsin”.  

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …