Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “1 gündə Bakı şəhərində 12 min dinc sakin qətlə yetirildi” – QAQİB

“1 gündə Bakı şəhərində 12 min dinc sakin qətlə yetirildi” – QAQİB

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Qərbi Azərbaycana (ermənistana) Qayıdış İctimai Birliyi bəyanat yayıb.

Bəyanatda deyilir: “İki üz ildən çoxdur ki, erməni millətçilərinin və onların havadarlarının  Azərbaycan xalqına  qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə, qətilyam və deportasiya  siyasəti nəticəsində xalqımız ağır əzab əziyyətlərlə üzləşmişdir. Davamlı şəkildə aparılmış bu qeyri-insani siyasət nəticəsində soydaşlarımız min illər boyu yaşadıqları tarixi ata-baba torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmışlar.

XIX əsrin əvvəllərindən başlayaraq çar Rusiyası İrandan, Türkiyədən, Suriyadan, Livandan erməniləri Qafqazın azərbaycanlılar yaşayan bölgələrinə köçürməyə başlamışlar.On minlərlə erməni ailəsi Zəngəzur, Naxçıvan, İrəvan, Qarabağ və digər ərazilərdə yerləşdirildi. Bu isə bölgədə əhalinin etnik tərkibinin ermənilərin xeyrinə dəyişməsinə səbəb oldu. Bununla da xalqımız dünyada misli görünməmiş qeyri-insani rəftara, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan etnik təmizləməyə məruz qaldı. Xalqımızı 1801-ci ildən başlayaraq 1905-1907, 1918-1920, 1930-cu illərdə, 1940-cı illərdə, 1948-1953, 1988-1993-cü illərdə baş verən qırğınlara, qətilyamlara, deportasiyaya məruz qoymaqla onlar yaşadıqları tarixi torpaqlarından qovaraq daşnak-erməni ideoloqlarının və onların tərəfdarlarının dənizdən-dənizə “böyük ermənistan” dövləti yaratmaq arzusunu gerçəkləşdirmək istəmişlər və qismən də buna nail olmuşlar.

Bu qırğınların ən dəhşətlisi 1918-1920-ci illərdə baş vermişdi. Belə ki, o dövrdə yenicə hakimiyyətə gəlmiş bolşeviklər məzlum xalqa kömək etmək əvəzinə daşnak-erməni silahlı qüvvələrinə kömək edərək onların bu planına yardımçı olmuşlar. Artıq 1918-ci ilin mart-aprel aylarında təpədən dırnağa kimi silahlanmış ermənilər heç bir maneəyə rast gəlmədiyindən Qafqazda  musəlman əhalisini işgəncələrlə öldürmüş, körpə uşaqları süngüyə keçirmiş, cəsədlərin burun, qulaq və başlarını kəsmiş, hamilə qadınların süngü ilə qarınlarını deşərək onları öldürmüş, evlərə od vuraraq sakinlər qarışıq yandırmış, qadınların saçlarını bir-birinə bağlayaraq, tüfəngin qundağı ilə ölüncəyə qədər döymüş, qocalara, xəstələrə rəhm etməmişlər.

Artıq 30 martda Xəzər dənizindən bolşevik gəmiləri Bakını top atəşinə tutmuş, ardından daşnak-erməni-bolşevik birləşmələri silahsız insanları qırmağa başlamışlar. Onlar heç kimə rəhm etmədən evlərə soxulur, insanları məhv edir, evləri yandırırdılar. 1 gündə Bakı şəhərində 12 min dinc sakin qətlə yetirildi. 3 gündə isə Bakı şəhərində 30 min, Şamaxıda 12min müsəlman öldürüldü.  Bu günlər Lənkəranda, Qubada, Xaçmazda, Gəncədə, Tiflisdə, bütün Qərbi Azərbaycanın kəndlərində qırğınlar davam etdirildi, qocalar, qadınlar və uşaqlar amansızcasına qətlə yetirildi, qiymətli tarixi abidələri məhv edildi. Mart hadisələri zamanı Qafqazda azərbaycanlılar yaşayan yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağın dağlıq və dağətəyi hissəsində azərbaycanlıların yaşadığı 150-dən çox kənd xarabalığa çevrildi, Şuşada görünməmiş qırğınlar törədildi. 50 mindən çox soydaşımız qətlə yetirildi, məscidlər, məktəblər yandırıldı, dağıdıldı. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabazara çevrildi, əhalisi amansızlıqla qətlə yetirildi. Bu dövrdə Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik köçə basqın edilərək onların hamısı son nəfərinədək öldürüldü. Göyçə mahalını Şişqaya kəndində kənd camaatını tövlələrə yığaraq yandırdılar. Orada 1916-ci ilin siyahıya alınmasına görə 1200 nəfərdən çox azərbaycanlı yaşayırdı. Belə faktlar minlərlədir. Bu qətilyamlar 26 fevral 1992-ci il Xocalı qətilyamının başlanğıcı idi.

O dövrdə Azərbaycan Xalq Cümhuriyyəti Mart soyqırımı ilə bağlı Fövqəladə Təhqiqat Komissiyası yaratmış və göstərmişdir ki, bu qırğınlar məqsədəyönlü, qəsdən və planlı şəkildə törədilmişdir. Fəaliyyət göstərdiyi dövr ərzində (15 iyul 1918–1 noyabr 1919-cu il il) Fövqəladə Təhqiqat Komissiyası tərəfindən 36 cilddən (3500 vərəq) ibarət istintaq materialı toplanmışdır. Bu materilalların 8 cildi Zəngəzur qırğınlarını, 6 cildi Bakı şəhəri və onun ətrafında müsəlman əhalisinə qarşı törədilmiş qırğınları əks etdirirdi. İstintaq materialının digər cildlərində Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Göyçay, Cavad, Nuxa qəzalarında, Gəncədə, Qarabağda, İrəvanda, Tiflisdə və Zəngəzurda ermənilər tərəfindən törədilmiş amansız cinayətlər təhqiq edilirdi. Bolşeviklər Azərbaycanda hakimiyyətə gəldikdən sonra bu məsələ bir daha gündəmə gətirilməmişdir.

Bu məkrli siyasət nəticəsində tarixi Azərbaycan torpaqları zaman – zaman ermənilər tərəfindən zəbt edilmiş, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, yüz minlərlə insan həlak olmuşdur. Qafqazda yalnız XX əsrdə 2milyondan şox soydaşımış erməni vəhşilikləri nəticəsində öldürülmüşdür. Ermənilərin xalqımıza qarşı törətdiyi qanlı faciələrin ən dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı olan soyqırım hadisələridir. 

Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş «Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında» Konvensiya ilə müəyyən olunmuşdur. Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir. Soyqırımı və insanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmişdir

Ölkəmiz müstəqillik qazandıqdan sonra ümummilli liderimiz, mərhum Prezident Heydər Əliyevin «Azərbaycanlıların soyqırımı haqqında» 26 mart 1998-ci tarixli Fərmanında  bu hadisələrə siyasi qiymət verilmiş və ilk dəfə olaraq azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları rəsmi surətdə bəyan edilmişdir. 1998-ci ildən etibarən 31 mart “Azərbaycanlıların soyqırımı günü” kimi hər il dövlət səviyyəsində qeyd edilir.

Biz Qərbi Azərbaycana (ermənistana) Qayıdış İctimai Birliyi olaraq Mart qırğınlarının günahsız qurbanlarının xatirəsini anaraq, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı, qətiyamı, etnik təmizlənməni pisləyirik və dünya ictimaiyyətindən bu cinayətə layiqi qiymət verilməsin istəyirik”.

 Qərbi Azərbaycana (ermənistana) Qayıdış İctimai Birliyinin  İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Əli Vəliyev.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …