Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / ƏZİZ ƏZİZOV CƏLİLABADDA İŞ ADAMLARINA ZÜLM EDİR – ŞİKAYƏT

ƏZİZ ƏZİZOV CƏLİLABADDA İŞ ADAMLARINA ZÜLM EDİR – ŞİKAYƏT

Çörək sexinin fəaliyyət iflic edilib

Azinforum.az xəbər verir ki, Cəlilabad rayonunda fəaliyyət göstərən çörəkbişirmə sexlərindən birinin rəhbəri üzləşdiyi problemlə bağlı müraciət edib.

Mircəfər Zeynalov bildirib ki, Cəlilabad Elektrik Şəbəkəsinin əməkdaşları ona məxsus obyektə elektrik enerjisi verilişini dayandırıblar və bu zaman onun qardaşını döyərək xəsarət yetiriblər:

“Qardaşım Zeynalov Mirismayıl onlara baxış üçün şərait yaradıb ki, bu şəxslər öz vəzifələrini icra etsinlər. Lakin ”Cəlilabad” EŞ-in rəhbərliyi və işçiləri qardaşıma qarşı zor tətbiq edərək onu yerə yıxıb, təpik və yumruqla vəhşicəsinə döyüblər. Sayğaca müdaxilə olunmadığı halda Cəlilabad EŞ heç bir xəbərdarlıq etmədən elektrik enerjisinin verilməsini 01:00-da əsassız olaraq dayandırıb. Xahişlərimizə baxmayaraq 2 saat enerji vermədilər və həmin gecə 1200 kq xəmir xəmir yararsız vəziyyətə düşdü. 3 gündür Cəlilabad EŞ-yə gün ərzində 6-7 dəfə getməyimə və xahişlərimə baxmayaraq hələ də süründürməçilik davam edir. Müəssisədə istehsal tamamilə dayanıb”.
Cəlilabad rayon Polis Şöbəsinə müraciət edib. Polis şöbəsindən bildirilib ki, məsələ ilə bağlı təhqiqat aparılır. Ekspertiza təyin edilib və xəsarətin dərəcəsindən asılı olaraq cinayət işi də başlaya bilər. “Azərişıq” ASC-dən isə bildirilib ki, məsələ baş idarənin diqqətindədir və polisin apardığı araşdırmanın nəticəsini gözləyirlər.

Polis şöbəsindən onu da bildirdilər ki, tərəflərin izahatlarının alınıb.

Qeyd edək ki, Cəlilabad rayonunda çörək satışı, eləcə də bişirilməsi icra başçısı Əziz Əzizovun monopoliyasındadır. Rayonun çörəklə təchizatını başçının sexləri təmin edir. Bu səbəbdən hadisənin sifarişlə baş verməsi istisna deyil.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın