Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Əyyub Kərimov dəfn olundu – FOTO

Əyyub Kərimov dəfn olundu – FOTO

Tanınmış jurnalist və hüquqşünas, “Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimov bu gün dəfn edilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, jurnalist Qax şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Əyyub Zakir oğlu Kərimov 1958-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub. 1985-1991-ci ildə BDU-nun hüquq fakültəsində təhsil alıb. 1992-ci ildə “Femida” qəzetini təsis edib.

Uzun illər peşəkar hüquqşünas kimi fəaliyyət göstərib. Mətbuat Şurasının təsisçilərindən olub və bir müddət MŞ-da hüquq şöbəsinin müdiri vəzifəsini daşıyıb.

Ə.Kərimov ötən gün paytaxtın Nərimanov rayonunda yerləşən mənzilində dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …