Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Əxlaqsızlıq edən məktəb direktoru iilə bağlı yeni xəbər – Ailəsi dağıldı, özü isə…

Əxlaqsızlıq edən məktəb direktoru iilə bağlı yeni xəbər – Ailəsi dağıldı, özü isə…

Zərdab rayonu, Şahhüseynli kənd orta məktəbin direktor əvəzi Ceyhun Tofiqli kənd camaatı içərisinə çıxa bilmir.
Bu haqda Modern.az-a adının çəkilməsini istəməyən Şahhüseynli kəndinin rəsmisi deyib.
O bildirib ki, işdən çıxarılan C.Tofiqli hazırda vaxtını əsasən evində keçirir:
“Hadisələrdən sonra qayınatası onlara gəldi. Qayınata Ceyhun saxlanıldığı müddətdə qızı və nəvələrilə birlikdə qaldı. Amma o buraxıldıqdan sonra qızı və nəvələrini götürərək özünün Cəlilabaddakı evinə getdi”.
O, C.Tofiqlinin ata-anasının olmadığını deyib:
“Onun dayısı Tofiq Şirəliyev xalası qızı ilə evlənib. Onların övladı olmadığından Ceyhunu övladlığa götürüblər. Dayısı onu evləndirib, ailə sahibi edib, toyundan sonra ev verib. Amma o, bütün bunların qarşılığında naxələflik etdi. Həm özü biabır oldu, həm də ailəsi dağıldı”.
Kənd rəsmisi eyni zamanda qeyd edib ki, C.Tofiqli saxlanıldığı müddətdə bir çox şəxsi əşyaları, o cümlədən mobil telefonu istintaq materialı kimi əlindən alınıb.
Məsələ ilə bağlı Zərdab Rayon Prokurorluğundan verilən növbəti açıqlamada isə istintaq işinin davam etdiyi bildirilib:
“O, sərbəst buraxılsa da, nəzarətdədir. Mütəmadi olaraq çağırılır və ifadəsi alınır. Hazırda işlə bağlı araşdırmalar davam edir”.
Zərdabın Şahhüseynli kəndində şagirdinə qarşı seksual hərəkətlər etməkdə təqsirləndirilən məktəb direktoru Ceyhun Tofiqlinin vəzifəsinə noyabrın 16-da xitam verilib.
C.Tofiqli daha əvvəl 2 dəfə ailə qurub və boşanıb.

 

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın