Ana səhifə / Cəmiyyət / Əsl sevgi belə olmalıdır? – Başqasının arvadını qaçıran şair

Əsl sevgi belə olmalıdır? – Başqasının arvadını qaçıran şair

Azərbaycanın bu günə kimi, qoruyub-saxladığı dəyərləri var. Məsələn, mükəmməl ailə modeli. İstər Sovet dövründə, istərsə də müsəqilliyimizdən sonra Avropaya inteqrasiya etməyimiz ölkənin qədim adət-ənənələrinə söykənən ailə modelini zədələsə də, tamamilə məhv edə bilmədi. Düzdür, ərini atıb başqa kişi ilə qaçan qadınlar, arvadı ola-ola başqa qadınla sevişən “kişilərimiz” var. Amma istənilən halda bu, gizli edilir və lazım olan zamanda hətta təkzib olunur.

Günah, səhv, cinayət və bu tip davranışlar cəmiyyət üçün nə qədər pis nümunədirsə, onun yayılması, təbliğ olunması daha böyük faciədir.

Bu gün söhbət açacağımız insanlar heç də sıradan biri deyillər. O mənada ki, yaradıcı insanlardır, şairdilər. Hansı ki, biz şairlərimizin şəkillərini dərsliklərdə, kitablarda, möhtəşəm heykəllər üzərində görməyə öyrəşmiş, vərdiş etmişik. Görünür, artıq kişi şairlərimizin imzasını başqasının arvadının adı ilə yanaşı yazılmasını da qəbul etmək məcburiyyətində qalacağıq, çünki onların özlərinin də dediyi kimi, “zaman bunu tələb edir”.

Bu gün sosial şəbəkələrdə Yafəs Türksəs kimi tanıdığımız şair başqa bir azərbaycanlı kişinin qadınını özünə “arvad” edib. Kafelər, restoranlar, xarici ölkələr gəzilər və bunu təmtəraqlı şəkildə sosiallaşdırıb, gənc nəsilə əsl sevgi kimi təbliğ etməyə çalışırlar. Açıq-aşkar bildirirlər ki, əsl sevgi bu cür olmalıdır. Sizcə, bir kişi başqa bir kişinin arvadını “oğurlamaq” üçün ən azı kim olmaldır? Və ya nəyə, hansı əxlaqa xidmət etməlidir.

PeykTV.az olaraq, “dəli sevgililərin” bu barədə öz fikirlərini öyrənməyi də unutmadıq. Yafəs Türksəs deyir ki, mən bunu yenilik saymıram. Amma milli dəyərləri hər addım pozmaq olar və lazımdır da. Ümumiyyətlə, bu kimi şeylər milli dəyər deyil, bütün xalqların mental dəyəridir. Mən özümü idarə edə bilməyəcək dərəcədə sevib və belə bir situasiyaya düşmüşəm. Yeganə xanım da bu sevgimi bilib, sonra da mənə qarşı humanist bir addim atıb. Bu,Yeganə xanımın qəhrəmanlığıdır.

Yeganə Oqtayqızı isə saytımıza açıqlamasında bildirdi ki, mən Yafəsi xilas edərək bu vəziyyətə gəlib düşmüşəm. İndi onu atsam, məhv olar. Unikal bir şairi necə məhv edim? Həyatın hazır düsturu yoxdur, vəziyyətə görə hamı öz hərəkətini yapmalıdır. Ümumiyyətlə götürəndə, mental, milli dəyərlər hər addımda  insanlara, onların rahat yaşamasına mane olur”.

Yafəs və Yeganə cütlüyü onların ailələrində bu “qara sevdaya” necə münasibət olduğunu da bildirdi:

Yafəs Türksəs: “Təbii ki, ailə üzvlərim klassik düşüncəli adamlar olaraq bunu ağrı və əzabla qarşılayırlar. Amma çıxış yolları da yoxdur. Yeganə xanım da, mən də çox güclüyük, ona görə də ailələrimiz bizimlə hesablaşmaq məcburiyyətindədirlər.

Yeganə Oqtayqızı:”Bizimkilər axır ki, məni başa düşdülər. İndi ailəmizdə mənə qarşı təzyiqlər azdır”.

Cavid ƏHMƏDOĞLU

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …