Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Ərdoğana qarşı plan: O, Avropanın dəstəyi ilə gəlir

Ərdoğana qarşı plan: O, Avropanın dəstəyi ilə gəlir

Milliyətçi Hərəkat Partiyasının keçmiş üzvü Meral Akşənər yeni partiya quracaq.

Azinforum.az xəbər verir ki, bu barədə informasiyanı “Hürriyət” qəzeti yayıb. Qəzet yeni partiyanın adının Milliyətçi Türkiyə Partiyası olacağını açıqlayıb.

Maraqlıdır ki, bu xanım siyasətçini Avropanın nüfuzlu media qurumları da təbliğ edir. Britaniyanın “Faynənşl Tayms” qəzeti Türkiyədəki son referendumda Ədalət və İnkişaf Partiyasının “səs itirməsinin” ana müxalifət olan Cümhuriyyət Xalq Partiyası üçün fürsət olduğunu yazıb:

“CHP Ərdoğana qarşı etirazları aktivləşdirmək niyyətindədir. Lakin Türkiyədə AKP-yə qarşı ən böyük təhlükə sağ mərkəzçilər hesab edilir. Keçmiş daxili işlər naziri Akşənər bu mücadiləyə liderlik edəcək ən yaxşı namizəd ola bilər. Ekspertlər artıq Akşənərin həm radikal millətçilər, həm də islamçılardan dəstək ala biləcəyini iddia edirlər. İqtisadiyyatdakı geriləmə Akşənərə hakim partiyanın çoxsaylı tərəfdarını öz yanına çəkmək imkanı yarada bilər”.

Qeyd edək ki, Akşənər MHP sıralarında və türk millətçiləri arasında həddən artıq böyük nüfuza sahibdir.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın