Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Ərdoğan BDU-nun dekan müavini olmuş professoru rektor təyin etdi

Ərdoğan BDU-nun dekan müavini olmuş professoru rektor təyin etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində 3 il dekan müavini vəzifəsində çalışmış Prof. Dr. Saffet Köseni İzmir Katip Çelebi Universitetinə rektor təyin edib.
Qaynarinfo haberler.com-a istinadən xəbər verir ki, yeni rektor bu barədə sosial şəbəkə hesabında yazaraq, Ərdoğana və Türkiyənin Ali Təhsil Şurasının sədri Prof. Dr. Yekta Saraca təşəkkürlərini bildirib.
Saffet Kösen daha öncə həmin universitetin İslam Elmləri fakültəsinin dekanı olub.
Qeyd edək ki, Saffet 1999-2002-ci illərdə də Bakı Dövlət Universitetinin İlahiyyat Fakültəsində dekan müavini vəzifəsində çalışıb.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …