Ana səhifə / Cəmiyyət / Ənvər Seyidovun bacısı danışdı: “Tezliklə də işinə qayıdacaq” 

Ənvər Seyidovun bacısı danışdı: “Tezliklə də işinə qayıdacaq” 

“Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun səhhəti qaydasındadır”. Bunu “Report”a açıqlamasında hakimin hazırda müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyli deyib.

Baş direktorun sözlərinə görə, Ənvər Seyidovun vəziyyəti yaxşıdır:

“Onun şəkəri yüksəlmişdi deyə, səhhətində müəyyən problem yaranmışdı. Lakin indi hər şey öz qaydasındadır. Həftəsonu o, evə buraxılacaq. Tezliklə də işinə qayıdacaq”.
Qeyd edək ki, 67 yaşlı hakim dekabrın 6-da xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Azinforum.az bildirir ki, hakimin səhətilə bağlı açıqlama verən Leyla Seyidbəyli Ənvər Seyidovun doğma bacısıdır.

Azinforum.az

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın