İki həftə əvvəl Hurriyyet.org-da dərc olunan “BDU rektorluğu uğrunda
savaş – Abel Məhərrəmovun komandasında məmur qapısını döyənlər…”
sərlövhəli yazıda universitetə rəhbərlik etmək istəyən şəxslər arasında
qızğın mübarizə getdiyini bildirmişdik. Qeyd etmişdik ki, hazırda təhsil
nazirinin müavini Firudun Qurbanov rektorun səlahiyyətlərini icra etsə
də, sabiq rektor Abel Məhərrəmovun komandasının bəzi üzvləri hələ də
BDU-nun rəhbəri olmaq iddialarından əl çəkməyiblər. Bunlardan biri kimi
BDU-nun Huquq fakültəsinin dekanı Əmir Əliyevin adını çəkmişdik.
Etibarlı mənbəyə istinadən qeyd etmişdik ki, A.Məhərrəmov komandasının
ən parlaq simalarından biri olan Ə.Əliyevin aylardır BDU rektoru olmaq
üçün döymədiyi qapı qalmayıb.
“Məlumata
görə, hazırda Əmir Əliyev BDU-nun Tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektoru İradə Əliyeva ilə əlaqəli çalışır. Hüquq
fakültəsinin dekanı bütün görülən işlər bağlı məlumatı rektora deyil,
məhz İradə Əliyevaya verir. Deyilənə görə, o, İ.Əliyevanı da tezliklə
rektor olacağına inandırıb…” – deyə saytda vurğulamışdıq.
Mənbə
deyir ki, Hurriyyet.org-da dərc olunan məlum yazıdan sonra Əmir Əliyev
BDU-nun rektoru olmaq istəyindən vaz keçib. Güman olunur ki,
hakimiyyətdəki tanışları ona vaxtilə Abel Məhərrəmovun komandasında
təmsil olunan olan hər hansı bir şəxsin BDU-rəhbərliyinə gətirilməsinin
qeyri-mümkün olduğunu anladıb. Bu səbəbdən də, Əmir müəllim rektor olmaq
ehtirasını içərisində boğmağa məcbur olub.
Mənbə
deyir ki, artıq istər Əmir Əliyev, istər də İradə Əliyeva hazırda başqa
bir şəxsin BDU rektoru olması istiqamətində çalışırlar. Həmin şəxsin
adı bizə bəlli olsa da, onun nüfuzlu bir elm adamı olduğunu nəzərə alıb,
etika xatirinə hələlik açıqlamırıq. Lakin onu deyə bilərik ki, Ə.Əliyev
və İ.Əliyevanın bu məsələ ilə bağlı mütəmadi görüşlər keçirdiyi
bildirilir. Məlumata görə, onlar sözügedən namizədə dəstək verməklə,
gələcəkdə BDU-dakı mövqelərini qorumağa çalışırlar…
Hurriyyet.org
Ana səhifə / Cəmiyyət / Əmir Əliyev niyə universitetin rəhbəri olmaq iddiasından əl çəkdi? – GƏLİŞMƏ
Həmçinin oxuyun
Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı
Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə …