Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Əmanətçilərdən ARDNF rəhbərinə şok ittiham:”Qardaşı 100 milyon girovsuz kredit alıb…” – VİDEO

Əmanətçilərdən ARDNF rəhbərinə şok ittiham:”Qardaşı 100 milyon girovsuz kredit alıb…” – VİDEO

Bu gün əmanətçilər bu tələblə Prezident Adminstrasiyasının qarşısında etiraz aksiyası keçiriblər. 

Əmanətçilərin sözlərinə görə, Milli Məclisə və mərkəzi icra hakimiyyəti qurumlarına edilən müraciətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) yönləndirilib.

Müraciətlərə isə cavab verilmir.

Şikayətçilər deyib ki, “Bank Standard”ın Kreditorlar Komitəsinin iclasına müvafiq maliyyə qrumlarının əməkdaşları dəvət edilsə də, gəlmirlər.

Əmanətçilər iddia edib ki, Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümovun qardaşı Şahin Mövsümov müflisləşmiş “Bank Standard”dan girovsuz olaraq 100 milyon manatdan çox kredit götürüb.

Bizimyol.info 

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …