Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Əməliyyatıma 7 min manat lazımdır” – Tanınmış aktyor

“Əməliyyatıma 7 min manat lazımdır” – Tanınmış aktyor

Bir neçə ay əvvəl “Azdrama”da işdən çıxarılan əməkdar artist İlham Hüseynov əməliyyat olunacaq.

Bu barədə AzVision.az-a aktyor özü bildirib. Hazırda Gəncə Dövlət Dram teatrında yarımştat çalışdığını deyən aktyora əməliyyat üçün azı 7 min manat pul lazımdır.

“İşlərimi bitirmişəm. Hazırda Gəncədəyəm. Doğma teatrımda tamaşalarda oynayıram. İkinci ayaq əməliyyatına hazırlaşıram. Əmliyyatın iyun ayında baş tutması gözlənilir. Ayağım ağrıdığından gəzəndə axsayıram. Güman edirəm ki, ikinci əməliyyat da ATV kanalının dəstəyi ilə olacaq. Çünki elə də ucuz əməliyyat deyil və mənim imkanlarım xaricindədir. Əməliyyata təxminən 7 min manat pul lazımdır”.

Əməkdar artist rol aldığı “Vicdan haqqı” serialında çəkilişlərin bitdiyini söyləyib:““Vicdan haqqı” serialının mənimlə bağlı olan kadrları çəklib qurtarıb. Komandanın işi davam edir. Hazırda Qəbələdə çəkiliş aprırlar. Bir neçə gündən sonra Türkiyədə çəkiliş aparılacaq. Artıq serial finala doğru gedir. İyunun axırı, iyulun əvvəlində isə bitəcək”.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …