Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Əməkdar artist TƏƏSSÜFLƏNDİ: “Adamın heyfi gəlir onlara, deyirsən, kaş ki…”

Əməkdar artist TƏƏSSÜFLƏNDİ: “Adamın heyfi gəlir onlara, deyirsən, kaş ki…”

“Adamın heyfi də gəlir onlara, deyirsən, kaş ki bu aktyor təhsil almış olaydı”.

Bunu Əməkdar artist, tanınmış aktyor Azad Şükürov təhsil almayan, lakin istedadı olan gənc həmkarlarından danışarkən deyib.

Aktyor bildirib ki, yalnız istedadlı olmaq şərt deyil:

“Allahdan buyruq, ağzıma quruq deyib, yalnız Allahın verdiyi istedadla kifayətlənmək olmaz. Bu istedadı cilalamaq, peşəkarlıq baxımından yönəltmək lazımdır. Aktyor hansısa rolu canlandıranda hiss edirsən ki, bu gənc məktəb görüb. Elə aktyor və aktrisa görürsən, çox istedadlıdır, amma hələ yonulmayıb. Adamın heyfi də gəlir onlara, deyirsən, kaş ki bu aktyor təhsil almış olaydı. Çünki təhsilli olmaq bir başqadır. Normal sənətkarın yetişməsi üçün bir proses keçməlidir. Lap elə İncəsənət Universitetini bitirən məzun belə, o saat dünya miqyasında yetişmiş aktyor olmur. Eləcə də istedadlı gənc. Onlar özlərini göstərməlidir. Bunun üçün də müəyyən şərait olmalıdır. Onlara diqqət də göstərilməlidir”.

Əməkdar artist son zamanlar seriallara çəkilməməsinin də səbəblərini açıqlayıb:

“Son vaxtlar dəvət edən yoxdur. Birdən deyərlər, Azad Şükürov özünü qaldırıb dağ başına qoyur. Xeyr, elə deyil. Elə seriallar var mən özümü orada görmürəm və həmin layihədə olmağım da məsləhət deyil”. Yenicag.az

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …