Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Əlim göydədir, dua edirəm ki, sağalsın” – Rəhman Rəhmanov

“Əlim göydədir, dua edirəm ki, sağalsın” – Rəhman Rəhmanov

“Özümdə deyiləm, çox pis vəziyyətdəyəm”.

Bunu doğum günü olan Əməkdar artist Rəhman Rəhmanov deyib.

Aktyor həyatında ən ağır doğum gününün bu ilə təsadüf etdiyini bildirib:

“Bu doğum günüm həmişəkindən tam fərqli oldu, xəstəlik baş alıb gedir, ölənlərin sayı günü-gündən artır, mənəvi sarsıntı içindəyik. İnanın ki, heç doğum günümün necə gəlib, necə keçdiyini bilmirəm. Açığı doğum günümü qeyd etməyə nə vaxtım var, nə həvəsim, çünki çox pis əhval-ruhiyyədəyəm, sevinə bilmirəm. Dostlarımı itirə-itirə gedirəm. Özümdə-sözümdə deyiləm, çox pis vəziyyətdəyəm. Baloğlanın qəfil itkisi məni yandırıb-yaxdı. Ən yaxın dostum olan Arif Quliyevin ağır vəziyyəti məni sarsıdır. Onu elə vəziyyətdə görmək çox acınacaqlıdır. Gecə-gündüz əlim göydədir, dua edirəm ki, əziz dostum sağalsın. Yenə də sağ olsunlar, sevənlərim çalışdılar ki, heç olmasa doğum günümün olduğunu mənə hiss etdirsinlər. Amma yenə də deyirəm, çox pisəm, çox”./Yenicag.az

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …